
Allahsız adamların ölçüsüzlüyü
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
Sevincdən Putinin gözlərini parıldadan çıxış
... Yaxud gözü çıxmış qardaşın öyrətdiyi
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
İndi qlobal siyasətdə yeni tendensiya, paradiqma yaranır...
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Makron Putinin səmimiyyətinə inanmır
Putinin təyyarəsinə yanacaq doldurmaq üçün nağd ödəniş edilib
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
“Biz sənin keçmiş itkilərini unutmamışıq”
... zəhərli siyasət
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
«Financial Times» (FT) yazır ki, Rusiya prezidenti Vladimir Putinin baş müşavirlərindən biri ölkənin neft sənayesinin tamamilə özəlləşdirilməsini təklif edib. Keçmiş maliyyə naziri və Putinin iqtisadi məşvərət şurası sədrinin müavini Aleksey Kudrin deyib ki, ölkənin bütün neft sektoru qarşıdan gələn 7-8 ildə tam özəlləşdirilməlidir.
«Bizə dövlət neft şirkətləri lazım deyil», - deyib Kudrin.
O bildirib ki, özəlləşdirmə xarici investorlara açıq olmalıdır və əlavə edib ki, Rusiya neftinin dövlət mülkiyyətində olmasının xeyrindən çox ziyanı var.
«Financial Times» yazır ki, Kudrinin təklifi elə Putinin özünün iqtisadi müşavirlərinin çevrəsində çoxdan davam edən debatları qızışdırıb. Məqalədə deyilir ki, həm də bu təklifin prezident seçkisi ərəfəsində verilməsi xüsusi maraq doğurur.
FT yazır ki, Kudrinin təklifi, onu dövlət neft nəhənglərinin qüdrətli başçıları ilə, ələxüsus da Rosneftin rəhbəri İqor Seçinlə üz-üzə qoyacaq.
Bu da bəllidir ki, Rusiyada bütünlükdə iqtisadiyyatda və ayrılıqda neft sənayesində son illər dövlət mülkiyyətinin çəkisi artıb.
Cənab Kudrin deyib: «Bu elə bil bizim bəxtimizə yazılıb ki, dövlət mülkiyyətindən yaxa qurtara bilmirik və hələ təkrar-təkrar ona qayıdırıq».
2016-cı ildə Rusiyada çıxarılmış neftin təxminən 75 faizi dövlət neft şirkətlərinin payına düşüb. Bunun 40 faizi «Rosneft»in hasil etdiyi neftdir.
«Transneft» neft kəmərləri monopoliyası da dövlət mülkiyyətindədir.
Kudrin sankı bilərəkdən cənab Seçini sancmaq məqsədilə bunu da deyib ki, Rusiya «Başneft»i özəlləşdirməməklə əlinə düşən fürsəti fövtə verib. Məlumdur ki, «Başneft» böyük bir qalmaqalla «Rosneft»ə birləşdirilib. O deyib ki, müxtəlif münasib alıcılar olsa da, bu şirkətə də «Rosneft» sahiblənib.
FT yazır ki, Kudrinlə Putinin yaxın münasibətlərinin tarixi 1993-cü ilə gedib çıxır. O vaxt onların hər ikisi Sankt Peterburq merinin müavinləri idilər.
Cənab Seçin bundan bir il sonra Putin administrasiyasının başçısı təyin olunub və o vaxtdan bəri prezidentin yaxın müşaviri kimi fəaliyyət göstərib. Prezidentin özü kimi Seçinin də keçmişi dövlət təhlükəsizliyi orqanları ilə bağlıdır.
Kreml dərhal bildirib ki, Kudrinin təklifi onun öz şəxsi fikrinin məhsuludur.
Putinin sözçüsü Dmitri Peskov deyib ki, «mənim məlumatıma görə hökumət hələlik özəlləşdirmə məsələsinə baxmır».
Kabinet rəsmilərindən biri isə deyib ki, cənab Putin çətin, Kudrinin bu məsləhətini qəbul etsin.
Rusiyanın böyüklüyünə görə üçüncü iri neft şirkəti «Gazprom Neft»in baş icraçı direktoru Aleksandr Dyukov deyib ki, o Kudrinin neft və qaz şirkətlərinin özəlləşdirilməsinin faydalı olacağına dair fikirlərini bölüşmür.
Dyukov deyib ki, dövlət şirkətləri özəl şirkətlərdən daha səmərəli işləyir.