Kraldan prezidentə təbrik məktubu
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
09:39 | 19 iyun 2017 | Bazar ertəsi
Məqaləyə 2355 dəfə baxılıb
Şriftin ölçüsü
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Ölən var
Qapının arxasına bir addım ölüm demək idi
Ustanı xilas etmək mümkün olmadı
Qlobal meşə hesabatı həyəcan təbili çalır
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
İqlim böhranının yeni təhlükəsi
Avropada meşə yanğınları rekorda çatdı
London meri Sadiq Xan yaşayış binasında yanğınla bağlı ictimai qəzəbin artdığını etiraf edərək, yanğına yanlışlıq və səhlənkarlığın səbəb olduğunu deyib. «İnsanlar arasında onlar yoxsul olduqları üçün pis münasibətə məruz qaldıqları kimi əhval-ruhiyyə mövcuddur», - deyə mer bildirib.
O, çıxışını yanğın baş verən bunanın yaxınlığındakı kilsədə təşkil edilən anım mərasimində iştirak etdikdən sonra edib.
London meri hadisəni qarşısı alına biləcək qəza adlandırıb. Sadiq Xan evsiz qalmış sakinlərin narahatlığını anladığını bildirib.
London polisindən şənbə günü verilən məlumata görə, çərşənbə günü paytaxtın yaşayış binasındakı yanğının nəticəsində ölənlərin sayı 58 nəfər olub. Onlardan 30-unun öldüyü artıq rəsmən təsdiq olunub. Bu, II Dünya Müharibəsindən bəri insanın itkisi sayına görə ən faciəli yanğın hadisəsidir.
Ölənlərin sayı ilə bağlı yeni rəqəm Britaniya baş naziri Tereza Meyin öz ofisində yanğından xilas olmuş insanlarla görüş keçirdiyi vaxta təsadüf etdi. Baş nazirin yanğına verdiyi reaksiyası çoxlarının tənqidinə səbəb olmuşdu.
Tənqidçilərin fikrincə, onlarla insanın ölümünə və yüzlərlə insanın evsiz qalmasına səbəb olan hadisəyə reaksiya çox ləng olub və sakinlərə lazımı dəstək verilməyib.
Baş nazir yanğının səbəbi ilə bağlı instintaqla bərabər, bu hadisəyə dair ictimai dinləmələrin keçiriləcəyinə söz verib. Bundan əlavə, Mey sakinlərə yardım məqsədilə 6.4 milyon dolların ayrıldığını və onların üç həftə ərzində yeni evlərə köçürüləcəyini bildirib.