Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
15:36 | 22 iyul 2017 | Şənbə
Məqaləyə 2485 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Dövlət başçısı bu barədə sərəncam imzaladı
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
Bundan başqa, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.
Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Azərbaycan prezidentinin Rusiyaya işgüzar səfəri iyulun 22-də başa çatıb.
***
23:14
Rusiya prezidenti Vladimir Putin ümid edir ki, onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü mövcud regional problemlərin həllinin axtarışına kömək edəcək. Virtualaz.org bildirir ki, bu barədə «İnterfaks» xəbər verib.
«Sizinlə ikitərəfli münasibətlərimiz və sadə olmayan regional vəziyyət barədə söhbət etmək imkanı üçün şadam», - Soçidə ikitərəfli görüşün başlanğıcında İlham Əliyevə müraciətlə Vladimir Putin bildirib.
«Ümid edirəm ki, bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını birlikdə axtarmağımız üçün yardımçı olacaq və əlbəttə ki, Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafı barədə də danışacağıq», - Rusiya prezidenti əlavə edib.
Vladimir Putin qeyd edib ki, Moskva ilə Bakının gələcəyə yəönəlmiş bir çox birgə planları var. «Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə söhbət etmək imkanına şadam», - rusiyalı lider bildirib.
O qeyd edib ki, İlham Əliyevlə görüşə «Sirius» tədris mərkəzində görüşdən sonra gəlib. «Həmin layihənin necə inkişaf etdiyinə çox şad oldum, sizə də məmnuniyyətlə bu barədə danışacağam», - dövlət başçısı azərbaycanlı həmkarına deyib.
Öz növbəsində İlham Əliyev deyib ki, Rusiya Federasiyası və Azərbaycan arasında münasibətlərin səviyyəsindən məmnundur.
O qeyd edib ki, bu cür görüşlər müntəzəm baş tutur və «çox uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls» verir. «Biz münasibətlərimizin yüksək səviyyəsindən məmnunuq, siyasi, ticarət-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik, nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər mövcuddur», - İlham Əliyev bildirib.
Azərbaycan prezidenti əlavə edib ki, iki ölkənin münasibətləri çoxplanlı xarakter daşıyır.
«Əlbəttə, regional və beynəlxalq siyasət, o cümlədən ikitərəfli münasibətlər və regionumuzda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə müntəzəm məsləhətləşmələrə zərurət var», - İlham Əliyev qeyd edib.