 
                    
                     
                 10:04 | 13 avqust 2017 | Bazar
                Məqaləyə 2089 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                10:04 | 13 avqust 2017 | Bazar
                Məqaləyə 2089 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                Bu il Azərbaycan ali məktəblərinə qəbul imtahanlarında iştirak edən 42 804 abituriyentdən 36381 nəfər ali məktəblərə qəbul olunub. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında deyilir.
11728 abituriyent dövlət sifarişi əsasında, 24653 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
İmtahanları uğurla verən abituriyentlər avqustun 15-dən 25-dək sənədlərini ali məktəblərə təqdim etməlidirlər.
DİM həmçinin bildirir ki, avqustun 15-19-da boş qalan yerlərə əlavə ixtisas seçimi haqqında məlumat verəcək.


 
   
   
   
   
  