
35 illik agentlik işini dayandırdı
Mehman Əliyev: “Missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir”
Mehman Əliyev: “Missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir”
Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir
Məhkəmə ölkə tarixində misilsiz addım atdı
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
İki kabinetli yeznə əldən gedir; Namiq Quliyevin oğlunun «CASPEL» şirkəti milyonları necə mənimsəyib?
Fazil Məmmədovun ətrafında müəmma - işdən çıxarılmasında etimad göstərdiyi adamların rolu olub?
Xaləddin İsgəndərov, Ramiz Yediyarov, Alimpaşa Məmmədov və Rəcəb Babaşovun yuxusu ərşə çəkilib...
Mehman Əliyev: ««2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq»
«Turan» 37000 manat ödəməlidir
Vergilər Nazirliyinin sensasion qərarı
Prezident İlham Əliyevdən üç mühüm qərar düşmən qüvvələrə verilmiş tutarlı cavabdır...
Qurum Mehman Əliyevin həbsdən buraxılmasını alqışladı
Molla Nəsrəddinin sürprizi və ya jurnalistin müraciəti
Mehman Əliyev: «Bu, müəyyən bir dönüşdür, müəyyən korrektələr olacaq»
Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu göndərdi
Əflatun Amaşov: «Müraciətimizə həssas yanaşdığı üçün ölkə başçısına təşəkkürümüzü bildiririk»
«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə virtualaz.org-a Yasamal Rayon Məhkəməsindən xəbər veriblər.
***
«Turan İnformasiya Agentliyi» MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, istintaq zamanı «Turan İnformasiya Agentliyi» MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.
M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılmış, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.