
“Avtoritarlar belə edir”
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbərindən Trampa sərt reaksiya
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbərindən Trampa sərt reaksiya
MKİ Kennedini öldürən Ozvald haqqında illərlə yalan danışıb
Pedofili milyarder Epşteynin ölümündən öncəki son mesajı üzə çıxdı
ABŞ-da keçmiş FTB və MKİ direktorları vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur
İki nəfər casusluq ittihamı ilə həbs edilib
11 sentyabr hücumlarından sonra “Məcburi yoxlama” proqramının sirləri
FTB direktoru jurnalisti məhkəməyə verdi
Agentlər yalan detektorundan keçməyə məcbur edilir
... Məxfi məlumatları sızdırmağa çalışdı
“Təhlükəsizlik qüvvələri bir nəfəri güllələyib”
Keçmiş FTB rəhbərinin şübhəli Tramp postu ABŞ-da mübahisələrə səbəb oldu
İdarənin hazırladığı iki videoda ən xırda detallar incə işlənilib
Donetskdə öldürülən Qlossun nekroloqunda Şərqi Avropadakı qəhrəmanlıq yolundan bəhs olunur
DOGE-nin qeyri rəsmi başçısı idarədə kəşfiyyat aparacaq
1100-dən çox redaktə edilmiş sənədin tam şəkildə dərci mütəxəssisləri qane etməyib
Kennedi sənədlərində maraqlı məlumatlar
«The Sunday Telegraph» yazır ki, ABŞ prezidenti Donald Tramp prezident Con Kennedinin (John F. Kennedy) qətlinə dair minlərlə sənədin üzərindən məxfiliyin götürülməsinə mane olmayacaq.
Oliver Stounun (Oliver Stone) «JFK» filmi ilə məşhurlaşmış bu sənədlər qəsd nəzəriyyəçilərinin tez-tez əsaslandıqları materiallardır. Onlar iddia edirlər ki, prezidentin qətlində hökumətin barmağı olub.
Milli Arxivin, 1963-cü il sui-qəsdinə aid FTB və MKİ materialları da daxil son məxfi sənədlərin ictimaiyyətə açılması üçün gələn cümə axşamı gününə qədər vaxtı var.
ABŞ prezidenti ölkə kəşfiyyatının üzərinə şübhə sala biləcək materialların açıqlanmasını bloklamaq səlahiyyətinə malikdir.
Lakin Tramp şənbə günü yazdığı tvitdə bu sənədlərin açılmasına blok qoymayacağını yazıb.
Bundan əvvəl sənədlərin açılmasını konqresmen Çak Qrasli (Chuck Grassley) kimi siyasətçilər tələb edirdilər. Qrasli bu ayın əvvəllərində demişdi ki, «Amerika xalqının və tarixçilərin bu mətnləri görmələrinin vaxtıdır».
Kennedinin qətlinə aid indiyədək məxfiliyi açılmamış 3 min sənəd var. Daha 30 min sənəd əvvəllər yalnız senzura olunduqdan sonra açılıb.
Tarixçiləri ən çox qatil Li Harvi Osvaldın (Lee Harvey Oswald) bu sui-qəsddən bir neçə həftə əvvəl Mexiko şəhərinə müəmmalı səfəri maraqlandırır.
Lakin «İşə xitam verilib: Li Harvi Osvald və JFK-in qətl edilməsi» (Case Closed: Lee Harvey Oswald and the Assassination of JFK) kitabının müəllifi Cerald Posner (Gerald Posner) deyib ki, bu sənədlərin arasından «tüstülü əski çıxmayacaq».
«Əgər kimsə düşünürsə ki, bu sənədlərin açılması ilə güllə atanın bir yox, üç və ya dörd olduğu bilinəcək və iş baş-ayaq olacaq, səhv edir», - deyib Posner.