“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
19:49 | 23 noyabr 2017 | Cümə axşamı
Məqaləyə 2552 dəfə baxılıb
Şriftin ölçüsü
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
«The Guardian» yazır ki, Rusiyalı biznesmen və senator Süleyman Kərimov Fransada vergidən yayınma şübhəlisi kimi həbs edildikdən sonra bu ölkədə ona qarşı cinayət işi qaldırılıb.
Kreml senatorun hüquqlarını müdafiə edəcəyi barədə bəyanat verib.
Məqalədə deyilir ki, Fransanın hüquqi normativlərinə görə rəsmi təhqiqat həmişə olmasa da, çox vaxt məhkəmə ilə nəticələnir.
Kərimov təhqiqata vergi fırıldağı yolu ilə qazanılmış çirkli pulların yuyulmasında şübhəli kimi cəlb edilib.
Bu cinayət Fransa qanunlarına görə 10 illik həbsxana cəzası ilə nəticələnə bilər.
Nitsa şəhəri hakiminin çıxardığı qərara görə Kərimov pasportunu təhvil verməli və yaşadığı ərazidən çıxmamalıdır.
Həbsxanadan kənarda qalması üçün ondan 5,9 milyon dollar zamin haqqı istənib. Hakimin qərarına görə Kərimov habelə həftədə bir neçə dəfə polis qeydiyyatından keçməlidir.
Fransa ədliyyə sistemindəki mənbə Kərimova qarşı təhqiqata onun bu ölkədə ofşor şirkətlər vasitəsilə aldığı bir neçə lüks mülklə əlaqədar başlandığını bildirib.
Polis müstəntiqlərinin qənaətinə görə Kərimov bahalı mülkləri anonim ofşor şirkətləri vasitəsilə almaqla Fransa hökumətindən vergi gizlədə bilərdi.
Kərimovun həbs xəbərindən sonra Rusiyanın ən böyük qızıl istehsalçısı olan Polyus şirkətinin səhmləri ucuzlaşıb. Bu şirkətə Kərimovlar ailəsi nəzarət edir.
Kremlin sözçüsü Dmitri Peskov müxbirlərlə telefon söhbətində deyib ki, «Xarici İşlər Nazirliyində Kərimovun azad etdirilməsi üçün qızğın iş gedir».
Prokurorlar Kərimovun həbsxanada saxlanması üçün müraciət ediblər. Kərimovla birlikdə başqa bir şəxsə qarşı da rəsmi cinayət təhqiqatına başlandığı bildirilir.
«The Guardian» yazır ki, Kərimovun Rusiya parlamentinin yuxarı palatasındakı nümayəndəsi «Reuters» agentliyinə şərh verməkdən boyun qaçırıb. Polyus şirkəti də şərh sorğsunu rədd edib.
Rusiyanın dövlət telekanalı «Rossiya 24» adını çəkmədiyi mənbələrə istinadən xəbər verib ki, Kərimov bütün ittihamları rədd edib.
Parlamentin aşağı palatası - Dövlət Dumasında millət vəkili, Kərimov kimi etnik ləzgi olan Rizvan Qurbanov Fransadan bu həbslə bağlı heç bir izahat verilməməsindən gileylənib.
Qurbanov ümid etdiyini bildirib ki, Rusiya bu həbslə bağlı rəsmi etiraz bildirəcək.
«The Guardian» yazır ki, Kərimov özünün gəlirli təbii sərvətlər biznesini borcların kombinasiyası, risk həvəsi və siyasi əlaqələri sayəsində qurub.
O 2016-cı ildə klubu satanadək Maxaçqalanın Anji komandasının sahibi idi.
Kərimovun 2008-ci ildə 17,5 milyard dollar olan sərvəti 2009-cu ildə 3 milyard dollara düşüb.
«Forbes» jurnalı bunu 2007-2009-cu illərin qlobal maliyyə böhranı ilə əlaqələndirib.