vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
20:21 | 24 noyabr 2017 | Cümə Məqaləyə 1994 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsəd getməlidir»

Suriya müxalifəti israr edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriya müxalifəti Cenevrədə Dəməşq nümayəndələri ilə danışıqlar aparmaq üçün daimi heyət yaratmaq barədə razılığa gəlib.

APA TV-nin məlumatına görə,  bu barədə Ər-Riyadda müxalifət nümayəndələrinin görüşündən sonra bildirilib.

Müxalifət nümayəndəsi Firas əl-Xaldi, görüş iştirakçılarının Suriya prezidenti Bəşər Əsədin istefasının zəruriliyi barədə ortaq fikir ifadə etdiyini bildirib.

Rəsmi Moskva isə qoyulan bu tələblə bağlı müəyyən şübhələrin olduğuna diqqət çəkib.

Rusiya və Suriya prezidentlərinin görüşü zamanı tərəflər hərbi əməliyyatların mövcud mərhələsi ilə bağlı fikirlərini bölüşüb.

Qeyd olunub ki, Suriya böhranının həlli istiqamətində son dərəcə vacib addım siyasi tənzimləmə prosesinə keçiddən ibarətdir.