 
                                Milli Məclisdə gərginlik
“Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır”
 19:08 | 1 dekabr 2017 | Cümə
                Məqaləyə 2525 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                19:08 | 1 dekabr 2017 | Cümə
                Məqaləyə 2525 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                “Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır”
 
                                Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
 
                                Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
 
                                Başqasının əvəzinə gömrük borcunu ödəmək daha mümkün olmayacaq
 
                                Yeni qida normaları təsdiq ediləcək
 
                                Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
 
                                Pis niyyətə düşənlərin sonu bəllidir
 
                                Yeni güzəştləri tətbiq ediləcək
 
                                “Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
 
                                Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
 
                                Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
 
                                ... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
 
                                Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
 
                                Bütün universitetlərin yataqxanası olmalıdır
 
                                İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
 
                                25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
«Qanunsuz olaraq zəbt edilən əkinə yararlı torpaqların icarə müqavilələri ləğv edilməlidir. Aparılan monitorinqlər davamlı olmalıdır».
Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib: «Hazırda bu məsələ Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəzarəti altındadır. Məndə olan məlumata görə, əkilən, əkilməyən torpaqların müəyyən olunması istiqamətində işlər gedir. Amma aparılan monitorinqlərdə hansı nəticələrə gəlindiyini deyə bilmərəm.
Bu gün Azərbaycanda 30 min hektar əkinə yararlı torpaq çatışmazlığı var. Kənd təsərrüfatı çox sürətlə inkişaf edir. Biz kənd təsərrüfatı dedikdə ilk növbədə torpağı nəzərdə tuturuq. Əkin-biçin, mal-qaranın yemlənməsi torpaq hesabına həyata keçirilir. Elə torpaqlar var ki, əkinə yararlı olsa da, təəssüf ki, çəpərlənib, villalar ucaldılıb. Cənab prezidentin imzası ilə qanuna edilən dəyişikliklərdə cərimələr də nəzərdə tutulub. Biz onun icrasına nəzarət edə bilmirik. Burada əsas iş İcra hakimiyyətlərinin üzərinə düşür. Həmçinin, nazirliklər və komitələr bu işə cavabdehdir. Onlar açıqlamalıdır ki, nə qədər torpaq monitorinq edilib, neçə nəfər cəzalanıb. Bilirəm ki, bu istiqamətdə intensiv işlər aparılır».
E.Quliyev əkinə yararlı torpaqlarda ucaldılan villalara görə İcra hakimiyyətlərini ittiham edib: «Bu gün söhbət villanın, evin sökülməsindən getmir. Söhbət min hektarlarla torpaqdan gedir. Villa o hektarların bir küncündə qalır. 400-500 kvadratmetrlik sahədə ev tikibsənsə, heç olmasa həyətində ək-biç. Mən yerli İcra hakimiyyətlərini günahlandırıram. Əkinə yararlı torpaqları hissə-hissə satıb qurtarıblar. Düşünmək lazımdır ki, əkinə yararlı torpaqlarda evlərin tikilməsinə ehtiyac varmı?
Satırsınız əkinə yararsızı, şoranlaşmışı satın, bataqlıq olan hissələri qurudub satın. Amma kənd təsərrüfatı üçün əkinə yararlı torpaqlarda işiniz olmasın. Bu gün bizə taxıl da, pambıq da, barama da lazımdır, üzümçülük də, meyvə-tərəvəz də lazımdır. Bütün bunlar isə torpağa bağlıdır. Ölkə prezidenti dəfələrlə deyib ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Keçmiş SSRİ dövlətləri içərisində ən çox Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Neft bir gün tükənəcək. Biz qeyri-neft sahəsini inkişaf etdirməliyik.
Mən dövlət orqanlarına, nazirliklərə, hörmətli nazirlərimizə, İcra hakimiyyətlərinə bir daha səslənirəm ki, bu məsələni diqqət mərkəzində saxlasınlar. Biz kiminsə cəzalanmasını, cərimlənməsini istəmirik. Sadəcə, verilən torpağı əkib-becərsinlər. Elə qiymət qoymuşdular ki, kimsə il ərzində 2 hektar torpağa görə 200 manat ödəyirdi. Olmaz, o sahəyə görə daha böyük məbləğ təyin etmək lazımdır. Dövlətə bu gün pul yox, məhsul lazımdır. Biz idxaldan ixraca keçməliyik. Çünki bunun üçün hər imkanımız var».