
“Qalib gələn vətəndaşlıq alacaq”
“Oyunu dəyişdirən addımlar” amerikalı olmağın nə demək olduğunu hiss edəcək
“Oyunu dəyişdirən addımlar” amerikalı olmağın nə demək olduğunu hiss edəcək
Çiplərdə gizli hissələr var, dünya təlaşlanıb
Pezeşkian: “ABŞ sülhdən danışarkən, təhdid edir”
Almaniyada xarici investisiyalar təhlükəli şəkildə azalaraq ən aşağı səviyyəyə çatıb
Taylor Sviftin evinin yaxınlığında şübhəli tapıntı
Bütün ştat üzrə axtarış tədbirlərinə başlanıldı
“Husilər”ə son günlərin ən ağır zərbəsi
Lüksemburqda təcili eniş etdi
Keçmiş FTB rəhbərinin şübhəli Tramp postu ABŞ-da mübahisələrə səbəb oldu
DNT testi 40 il əvvəl törədilən qətlin üstünü açıb
Tramp: “Ümid edirəm ki, İranla bağlı mənə kömək edə bilərsiniz”
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
... Və Trampın dəyişkən istəkləri
ABŞ Türkiyəyə 304 milyon dollar dəyərində raket satacaq
Donald və Melaniya Tramp haqqında şok iddia
Pakistan Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Bu aralar ən maraqla izlədiyim mövzulardandır Rza Zərrabın məhkəməsi. Siyasi qalmaqal olması bir tərəfə, serial dadındadır. İçində hər şey var: maqazin, şou biznes, sevgi hekayəsi, ağlasığmaz rüşvət faktları, kriminal, mafiya qaydaları, türməni sarsan hərəkətlər... Üstəgəl, adamı hər yerdə Azərbaycan əsilli iş adamı kimi təqdim etməyimiz. Baxmayın son zamanlar namusa boğulub, müəllimi «İran əsilli» deyə yazmağımıza. Adam bizimkidir, ipinə-sapına qədər həm də...
Düşünün, 29 yaşlı adam birdən-birə Türkiyədə peyda oldu və bir-iki ilin içində ölkənin ən varlı adamları sırasına yerləşdi. Əvvəlcə məşhurlara mahnı sözləri verdi-falan, bir-ikisi ilə də eşq yaşadı. Sonra Ebru Gündəşlə evlənib, şöhrətinə şöhrət qatdı. Və başladı arvadına ağlasığmaz hədiyyə seli yağdırmağa. 90 milyon avroluq villa, son model maşınlar, yaxtalar... Türkiyəli jurnalistlərin yazmaqdan barmağı ağrıdı, bizim oxumaqdan gözümüz. Tipik azərbaycanlı hərəkəti deyilmi? Qadını hədiyyələrlə boğma... Görməmişcəsinə, insanların gözünə soxa-soxa...Özünü bilən, tanıyan, dünyagörmüş hansı avropalı, amerikan milyarder belə görməmişliklər edir, siz deyin...
Hələ bu harasıdır? Adam sanki təpədən-dırnağa rüşvətlə yoğrulub. Pul saça-saça gəzib bütün həyatı boyu. İçində 50-100 min dollar olan ayaqqabı qutusunun birini bir nazirə yollayıb, digərini o birinə. Nazirlərin qolundakı bahalı saatların əksəriyyətini bu «nəğməkar qardaş» alıb. İndi məhkəmədə bülbül kimi ötməsə, bunları da biləsi deyildik. Hesabı o qədər itirib ki, bəzən bank rəhbərinə göndərəcəyi rüşvəti, çaşıb nazirə, nazirinkini bir başqa məmura yollayıb.
Türmədə isə ümumiyyətlə aləmi qatıb bir-birinə. Zarafat deyil, Amerika türməsindəki nəzarətçiyə vəkili vasitəsilə 40 min dollar (oxu – bir evin pulu) verib ki, onun telefonu ilə görüntülü danışsın, içki və narkotik aldırsın, türməyə qadın gətizdirsin. Bəli, qiyməti 200 dollar belə olmayan telefonla ayda-sənədə bir dəfə danışmaq üçün onun 100 qatını ödəyib. Adam yüzlərlə il tarixi olan Amerika türmə sistemini də çökdürüb, onların imicini də yerlə-yeksan edib. Kəsdiyi başa sorğu-sual yoxdu içəridə. Sanki türməyə yox, bara düşüb mübarək: pulunu verib, içkisini, qadınını, narkotikini gətizdirib, kefə baxıb.
Son olaraq da ortaya 62 yaşlı bir kamera yoldaşı iddia atdı ki, bəs Rza ona ötən ilin 8 mart tarixində təcavüz edib. İndi Türkiyə mətbuatı söhbəti zarafata salıb. Yazırlar ki, əslən filippinli olan bu məhkum baxıb ki, Rza hər kəsə rüşvət paylayır, deyib, qoy bunu şərləyim, 40-50 min dollar da mən qabağa düşüm. Donuzdan bir tükün qənimət olma söhbəti...
Zarafat bir tərəfə, nəyə görəsə, mən bütün bu detalları oxuyanda, yazanda Rzanın qanında azərbaycanlı qanı olmasına zərrə qədər şübhəm qalmır. Rüşvəti sevirmi? Sevir! Şöhrəti sevirmi? Bayılır. Qanunsuzluqla, «kimi atım, qabağa düşüm» prinsipi ilə iş görmə həvəskarıdırmı? Yüz faiz. Cənab Zərrabın hətta rüşvətlə bağlı tarixə keçəcək kəlamları da var. Yadımda biri qalıb: rüşvətə təşnə olan hər kəsin bir qiyməti var. Necədir sizinçün? Tanış gəlir?
Əminəm ki, Rzanın işləklərini, qəhrəmanlıqlarını oxuyan milli, yüksək çinli məmurlarımızdan tutmuş, türmədəki «nadzor»a qədər hər kəs dişini qıcayır: «Axxx, kaş ki, bizdə tutulaydı» deyə. Düşünün, neçə min insan onun çörəyini yeyər, uşaq oxudar, qız köçürdər, «ağ günə» çıxardı. Ayaqqabı qutuları ilə dolu rüşvət paraları, xidmətlər, sonsuz jestlər, jestlər, jestlər... Dünya tarixinin ən rüşvətxor adamı kimdir deyə soruşsaz, hər kəs qeyd-şərtsiz onu göstərər. 50 milyon avro rüşvət verib adam. Özünüzə baxmayın, uşağı bağçaya düzəltmək üçün 200 manat rüşvət verib, bütün ömrümüz boyu bunu danışırıq. 50 milyon e, üstəlik, avro.
O məşhur bir mahnını bilirsiz yəqin. Deyir, orda bir köy var uzaqda, getməsək də, görməsək də, o köy bizim köyümüzdür... İndi bütün bu detalları qızıl kimi ona görə xırdaladım ki, Rzanın bizim torpaqlarda böyüməməsinə, bizim ali məktəblərdə oxumayıb, müəllimlərimizə, dekan və kafedra müdirlərinə pul yedirtməməsinə, restoranlarda qonaqlıq verməməsinə, məmurlarımızı ihya etməməsinə baxmayın, bu uşaq bizimkidir. Özü də nəyi var bizimkidir. Amerika qanunlarını, türmə sistemini belə pulla yumağı bacaran adamın qabiliyyəti başqa heç nəylə izah edilə bilməz. Müəllimə təcili siyasi məhbus statusu verilməli və azadlığa buraxılmalıdır. Mümkünsə dərhal da Azərbaycana gətirilməlidir. Onun «ətindən-südündən» yararlanmaq istəyən xeyli insanlar var bu torpaqlarda...