vaxtlı-vaxtında oxuyun! Cümə, 18 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
Məşhur jurnalist Rauf Talışinski vəfat etdi 12:46 | 8 may 2018 | Çərşənbə axşamı Məqaləyə 1983 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur jurnalist Rauf Talışinski vəfat etdi

“Exo”nun baş redaktoru ürəktutmasından dünyasını dəyişib

Azərbaycanda nəşr olunan rusdilli “Exo” qəzetinin baş redaktoru, “Əməkdar jurnalist” Rauf Talışinski mayın 8-nə keçən gecə 62 yaşında vəfat edib.

Bu barədə “Exo” qəzetinin işçiləri bildiriblər. Onun qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

R.Talışinski Azərbaycan jurnalistikasının tanınmış simalarından biri idi.

Rauf Talışinski 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmən fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur.

R.Talışinski “Molodej Azerbaydjana” (1978-1981), “Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Zerkalo” qəzetinin baş redaktoru olub.

2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.

Allah rəhmət eləsin.