
“Bizə qarşı 1200 raket tuşlanıb”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesueladan ABŞ-a mesaj
Maduro reaksiya verdi: “Venesuelanı heç kim aşağılaya bilməz”
Venesuelada narkotik daşınmasında istifadə edilən təyyarə zolağı tapılıb
Venesuela təkzib etdi: “Hücum videosu süni intellektlə hazırlanıb”
Venesueladan ABŞ-a xəbərdarlıq
ABŞ-ın Venesuela sahillərinə donanma göndərməkdə əsl məqsədi nədir?
“Venesuelaya girmələri üçün heç bir yol yoxdur”
Karib dənizinə bir sualtı və 7 döyüş gəmisi yola salınıb
ABŞ savaş gəmiləri Sakit Okeanda yerləşdirildi ...
Kolumbiya Prezidenti ABŞ-ın Maduro iddiasını yalanladı
ABŞ donanması Venesuela açıq sularına üç nəhəng döyüş gəmisi göndərdi
Müxalifətin boykot çağırışlarından sonra onlarla həbslər həyata keçirilib
Maduro Qayanaya ərazi iddiası ilə çıxış edib
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
Venesuela prezidenti, bu yaxınlarda növbəti dəfə özünü seçkilərin qalibi elan edən Nikolas Maduro minimal əmək haqqını və pensiyalarını il ərzində üçüncü dəfə kəskin artırıb. Beləliklə, indi venesuelalıların minimal əmək haqqı 3 milyon bolivar olub, ərzaq pulu üçün verilən əlavə yardımla birlikdə isə bu məbləğ 5.2 milyon bolivar təşkil edəcək. Lakin həmin məbləğ bolivarın qeyri-rəsmi məzənnəsi ilə heç 2 dollara da çatmır, cəmi 1.85 dollar edir. “Biz pensiyaları və maaşları 103 faiz artırdıq”-bu cüzi məbləğə baxmayaraq Maduro təntənə ilə elan edib.
Sonuncu dəfə Venesuelada maaşları və pensiyaları aprel ayında artırmışdılar, o vaxt pensiyalar və minimum əmək haqları dolların qara bazar kursu ilə cəmi 2 dollar olmuşdu. Amma hiperinflyasiya bu artımı da dərhal “yeyib”. Ötən il isə Maduro maaşları və pensiyaları il ərzində 6 dəfə artırmışdı.
Neftin qiymətinin artmasına baxmayaraq Venesuelada hiperinflyasiya və xroniki defolt davam edir. Ölkənin xarici borclarının həcmi 142 milyard dolları ötüb, bu qızıl-valyuta ehtiyatlarının həcmindən 14 dəfə böyükdür.
Maduro isə hiperinflyasiyanın və iqtisadiyyatının darmadağın olmasının günahını əlbətdə ki, xarici qüvvələrin üzərinə yıxır. “Bizi imperializm təhdid edir, amma biz azad yaşamağa hazırıq, heç kim bizi dayandıra bilməz”, - Maduro bildirib.