Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
17:38 | 8 fevral 2019 | Cümə
Məqaləyə 1884 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
“Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə baxmayaraq, ötən gün biz milli valyutamız dramın növbəti devalvasiyasının şahidi olduq”.
Bunu Ermənistanın nüfuzlu “Jamanak” qəzeti ölkənin bank sistemindəki etibarlı mənbəsinə istinadən yazıb.
“Mənbəmiz bildirdi ki, Mərkəzi Bank hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək, repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları da xeyli məhdudlaşıb”,– məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, bu gün baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkilərindən sonra formalaşan yeni hökumət proqramını parlamentə təqdim edərkən səsləndirdiyi “bu gündən etibarən Ermənistanda iqtisadi inqilab dövrünün başlandığını elan edirik” bəyanatı ölkənin mövcud valyuta ehtiyatları və hazırkı inkişaf reallıqları ilə tərs mütənasibdir. Çünki “investisiya və bir sıra digər problemlərlə üzləşən Ermənistanda iqtisadiyyatın bütün sahələrində geriləmə, bank sektorunda ciddi valyuta çatışmazlığı və dövlət borcunun durmadan artması uzun illərdir ekspertlərin Ermənistanın bankrot ölkəyə çevriləcəyilə bağlı verdikləri proqnozun reallaşacağı günü daha da yaxınlaşdırır”.