
“Döysəm də düz eləmişəm...”
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
“Bakı Metropoliten”in keçmiş rəisi YAP-ın binasını lombarda döndəribmiş...
Bakı metropoliteninin sabiq rəisinin ayaqları tutuldu
Hər ay bir qatar dəyişəcək
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
«Sahil» açılandan sonra ...
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
Nəsimi Paşayev: «İddialar əsassızdır»
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mir Tofiq oğlu Hüseynovdur.
Heç kimə sirr deyildi ki, Tağı Əhmədov metronu feodal qaydalarla idarə edirdi. Bakı metrosu rəisinin inkar etməsinə baxmayaraq əhali xidmətdən həmişə narazı olub. Metrodakı basabas, əhalinin şəhərdə çox olduğu, işə gəlib-getdiyi vaxtlarda həmçinin enerjiyə qənaət etmək məqsədi ilə qatarların stansiyalara gəlişi intervalının bilərəkdən uzadılması həmişə müzakirə obyekti olub. Tağı Əhmədovun mərmər və qranit azarı da payız-qış aylarında əhalinin gününü qara edən amillərdən biri idi. Stansiyalara döşənmiş mərmərlərə sürüşkənliyi azaltmaq üçün lazım olan xüsusi maddə uzun sürən çək-çevirdən sonra yalnız «28 May» stansiyasına vurulub.
«Kitayski» eskalator
Bakı metrosunda əsaslı deyil, əsassız təmirin bir hissəsi olaraq eskalatorlar
bir müddət əvvəl dəyişdirildi. Yeni eskalatorlar əvvəlki ilə müqayisədə ensiz
və təhlükəlidir. Səbəb isə üç eskalatordan yalnız birinin işləməsidir. Əhalinin
ən sıx olduğu vaxtda belə digər eskalatorlar işə düşmür.
Radiasiya tüğyan edir
Daxili qaydalara görə stansiyaların divarları ayda iki dəfə xüsusi maddə ilə silinməlidir. Hansı ki, həmin maddə radiasiyanın çoxalmasının qarşısını alır. Lakin Bakı metropolitenində bu qayda yerinə yetirilmir. Təzyiq, ürək və zob xəstələrinin davamlı olaraq metroda ürəkgetməsi normal hadisəyə dönüb.
Personal səviyyəsi
Metropoliten işçilərinin davakarlığı, kassada oturanların vətəndaşı borclu çıxarması ənənəsinin yeni rəisin idarəetməsi dövründə olmayacağını da böyük ümidlə gözləyirik.
Qatar sayı
İntervalın uzadılması ilə yanaşı Bakı metropoliteninin digər problemi də qatar sayı və stansiyalardır. Metropoliten rəhbərliyi isə bu mövzuya həmişə birmənalı münasibət bildirib: «Relslərin gücü çatmır».
Tağı Əhmədov və media
Yeni rəisin üzərinə mətbuatla işdə daha çox məsuliyyət düşür. Belə ki, Tağı Əhmədovun sayəsində metropoliten imicinin hansı səviyyədə olması heç kimə sirr deyil. Tağı Əhmədovdan Bakı sakinlərinə mərmər döşəməli xokkey stadionuna oxşayan stansiyalardan başqa «ƏƏƏ, bir-bir» kimi ifadələr də yadigar qalacaq. Yeni rəisə problem siyahısını yox, relsləri uzatmağı arzu edirik.