Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:20 | 21 fevral 2022 | Bazar ertəsi
Məqaləyə 782 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Starmerdən sonra kim gələ bilər?
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Rusiyanın Ukraynaya tam miqyaslı hücumu hələ gerçəkləşməsə də, Boris Consonun son şərhləri söz savaşını gücləndirir. Bu münaqişənin İkinci Dünya Müharibəsi qədər dağıdıcı ola biləcəyini qeyd etməklə, Baş nazir bu məsələyə diqqəti artırır.
Şərqi Avropada davam edən gərginlik vətənində saysız-hesabsız problemlərlə üzləşmiş cənab Consona beynəlxalq arenada liderlik nümayiş etdirmək şansı verib. Münhen təhlükəsizlik konfransının kuluarlarında o, deyəsən, sanksiyalar məsələsində müəyyən irəliləyişə nail olub.
Rusiya şirkətlərinin funt və dollarla ticarət imkanlarının bloklanması bu ölkənin maliyyə sisteminə ciddi ziyan vurmaq üçün hazırlanmış yeni təklifdir.
Ukrayna NATO və ya Avropa İttifaqının üzvü deyil, lakin hər ikisi ilə sıx əlaqələrə malikdir. Rusiya, Ukraynanın NATO-ya qoşulmasını özü üçün təhlükə sayır və buna icazə verilməməsində təkid edir.
Qərb ölkələri Rusiyanı Ukrayna sərhədində böhran səhnəsi qurmaqda ittiham edərək, son həftələrdə xəbərdarlıq edirlər ki, Putinin qüvvələri hər an hücuma keçməyə hazır vəziyyətdədir.
Lakin Rusiya bu iddiaları rədd edərək bildirib ki, böyük sayda olduğu deyilən hərbi təlimlər keçirir. Rusiyanın işğalının hələ də qaçılmaz olduğu barədə suala cavab verərkən Boris Conson qeyd edib ki, “əlamətlər buna işarə edir”.
Baş nazirin sözlərinə görə, ABŞ prezidenti Co Bayden Qərb liderlərinə bildirib ki, kəşfiyyat məlumatları Rusiya qüvvələrinin Ukraynaya təkcə şərqdən, Donbas tərəfdən deyil, həm də Belarusdan və Kiyev yaxınlığndakı ərazidən girməyə hazırlaşdığını göstərir.
Consonun sözlərinə görə, bu plan miqyasına görə “1945-ci ildən bəri Avropada ən böyük müharibə ola biləcək nə üçünsə nəzərdə tutulub”.
İnsanlar təkcə ukraynalıların deyil, həm də “gənc Rusiyalıların da” ölə biləcəklərini nəzərə almalıdırlar, Britaniya baş naziri əlavə edib.
Cənab Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdükdən sonra çıxış edərək bildirib ki, Rusiyanın Ukraynaya istənilən müdaxiləsi “dünyada əks-səda doğuracaq”.
Britaniyada aparıcı müxalifət partiyası olan Leyboristlər bu məsələdə Britaniya hökumətinin və NATO-nun arxasında durduqlarını bəyan ediblər. Partiyanın rəsmisi “Wes Streeting Sky News” kanalına müsahibəsində bu cür dəstəyi qeyd edərək, eyni zamanda Londonun “Rusiyalı korrupsionerlərnin mərkəzinə çevrilməməsi üçün” Britaniya hökumətini daha çox işlər görməyə çağırıb.