Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
01:56 | 22 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 596 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Uzunluğu 140 metr olan superyaxta (Scheherazade) 2020-ci ildə Almaniya tərsanəsindən buraxılıb və dünyanın ən böyük yaxtalarından biri sayılır. Mart ayının ortalarında “The New York Times” mənbələrə istinadən yazırdı ki, Amerika rəsmiləri bu yaxtanı Rusiya prezidenti Vladimir Putinlə bağlayırlar.
Qəzet bunu da bildirirdi ki, bu yaxta iki dəfə - 2020 və 2021-ci illərdə Soçidə olub. Putin ildə bir neçə dəfə bu şəhərdəki iqamətgahında olur.
Məqalədə deyilirdi ki, yaxta ilə Putin arasındakı əlaqə barədə onun ekipaj üzvlərindən biri deyib.
Rusiya müxalifətçisi Aleksey Navalnının komandası yaxtanın ekipaj üzvlərinin siyahısını əldə etmişdi.
Aydın olmuşdu ki, yaxta kapitanının birinci köməkçisi, botsmanı, botsmanın köməkçisi, bir neçə mühafizəçi və ekipajın daha bir neçə üzvü Federal Təhlükəsizlik Xidmətinin (FTX) hazırda fəaliyyətdə olan əməkdaşlarıdır.
Bu da qeyd olunur ki, yaxtada kapitandan başqa bütün heyət üzvləri Rusiya vətəndaşlarıdır.
Navalnı komandasının təhqiqatında deyilir ki, bu FTX əməkdaşlarının əksəriyyətinin ünvanı olaraq Soçi şəhəri göstərilib.
Təhqiqat hesabatında deyilir ki, yaxta heyətinin 23 üzvünün yarısı FTX agentidir.
Bundan əvvəl gəminin kapitanı Qay Bennet-Pirs jurnalistlərə demişdi ki, Putin yaxtanın sahibi deyil və onun göyərtəsdində heç vaxt olmayıb.
Amma kapitan yaxtanın həqiqi sahibinina adını deməkdən də imtina etmişdi.
Xəbər verilir ki, “Şeherezada” (Şəhrizad) yaxtasının Putinlə əlaqəsi isbat olunarsa, gəmi həbs olunacaq, çünki Rusiya prezidenti Avropa İttifaqının sanksiya siyahısındadır.
Hazırda superyaxta Toskananın (İtaliya) Marina di Karrara limanındadır.
Mart ayının ortalarına olan məlumata görə yaxta təmir olunurdu.
Ötən fevralda Hamburq portundan Kalininqrada 82 metr uzunluğu olan “Graceful” superyaxtası gəlmişdi.
Onu da Putinin adı ilə bağlayırlar. Xəbər verilir ki, bu yaxta Kalininqrad limanına daxil olan kimi Rusiya başçısı Ukrayna ilə müharibə elan edib.