Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
12:33 | 26 mart 2022 | Şənbə
Məqaləyə 770 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Məşhur “Harry Potter” kitablarının müəllifi Coan K.Roulinq (J.K. Rowling) martın 25-də Rusiya prezidenti Vladimir Putinin Qərbi tənqid edərkən yazıçının barəsində dediyi sözləri rədd edib.
Britaniya yazıçısı Putinin onun adından bu şəkildə istifadə etməsindən məmnun olmadığını bildirib.
Putin iddia etmişdi ki, guya yazıçı “ləğv mədəniyyətini” (“cancel culture”) tənqid etdiyinə görə gözümçıxdıya salınıb.
Xanım Roulinq bu barədə özünün “Twitter” hesabından yazıb: “Qərbin ləğv mədəniyyətinin tənqidi ilə, düşünürəm ki, hazırda müqavimət göstərdiklərinə görə dinc sakinləri öldürənlərin və ya siyasi opponentlərini həbsxanaya atan və ya zəhərləyənlərin məşğul olmaması daha yaxşıdır”.
Yazıçı postuna Rusiya müxalifətçisi Aleksey Navalnının fotosunu və “Mən Ukrayna ilə birlikdəyəm” heşteqini əlavə edib.
Putin mədəniyyət xadimləri ilə martın 25-də keçiridiyi videogörüşdə gileylənmişdi ki, son həftələrdə Qərbdə Rusiya mədəniyyəti ilə bağlı bir sıra tədbirlər ləğv olunub.
O əlavə etmişdi ki, guya Roulinqi də Qərbdə beləcə ləğv ediblər: “Bu yaxınlarda uşaq yazıçısı Coan Roulinqi də ləğv ediblər. Ona görə ki, bu dünya boyunca milyonlarla nüsxədə yayılan kitabların müəllifi, necə deyərlər, gender azadlıqları pərəstişkarının xətrinə dəyib”.
Putin bu çıxışında daha sonra deyib: “Bu gün onlar minillik mədəniyyətimizi, xalqımızı ləğv etməyə çalışırlar. Mən Rusiya ilə bağlı olan hər şeyə qarşı tədrici diskriminasiyadan danışıram”.
***
Putinin keçirdiyi videokonfransda Sankt Peterburqdakı Mariinski teatrının baş direktoru Valeri Gergiyev də var idi.
Gergiyev Rusiyanın Ukraynaya müdaxiləsini tənqid etməkdən boyun qaçırdığına görə martın 1-də Münhen filarmoniyasının baş dirijorluğundan kənarlaşdırılıb və o artıq Milandakı La Skala teatrında dirijorluq edə bilməyəcək.
Bundan başqa İspaniyanın “Teatro Real Opera” evi və Londondakı “Royal Opera House” Rusiya “Bolşoy teatr”ın tamaşalarını ləğv ediblər.
“Kardif” teatrı Pyotr Çaykovskinin konsertini öz repertuarından çıxarıb.
Putin bu barədə deyib: “Məşhur ləğv mədəniyyəti – mədəniyyətin ləğvinə çevrilib. Çaykovski, Şostakoviç, Raxmaninov konsert afişalarından çıxarılıblar. Rusiya yazıçıları və onların kitabları qadağan olunub”.
O bildirib ki, Rusiya yazıçılarının kitablarının qadağan olunması bundan 90 il əvvəl nasist Almaniyasında baş verib.
Rusiyaya habelə Avroviziya mahnı yarışında iştirak qadağan edilib.