Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
16:06 | 13 aprel 2022 | Çərşənbə
Məqaləyə 692 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya əsassız müdaxiləsi Avropada onilliklər ərzində mövcud olan nisbi sülh və sabitliyi alt-üst edib. Ekspertlər deyib ki, o, Rusiyanı SSRİ dağılan zaman itirdiyi fövqəldövlət statusuna qaytarmağa yönəlmiş ideoloji liderdir.
Vladimir Vladimiroviç Putin 1952-ci ildə Leninqradda – indiki Sankt-Peterburq şəhərində anadan olub. 1975-ci ildə SSRİ xarici kəşfiyyat xidməti KQB-də işə başlayıb və siyasətə qoşulmazdan əvvəl Almaniyada çalışıb. 1999-cu ilin sonlarında Rusiya prezidenti Boris Yeltsin qalmaqal fonunda istefa verib və Putinin təqiblərdən toxunulmazlıq müqabilində prezident səlahiyyətlərini icra etməsinə yol açıb.
Alman Marşal Fondundan Maykl Kimmacin izah etdiyi kimi Putin o vaxtdan bəri Moskvada hakimiyyətin cilovunu əlinə alıb, getdikcə saxtalaşdırılan çoxsaylı seçkilərdə qalib gələrək, müddət məhdudiyyətlərindən yayınaraq və əsas siyasi rəqiblərini həbsə atmaq və ya öldürməklə hakimiyyəti əlində saxlayır.
“Jurnalistlərin, kəşfiyyatçıların və digərlərinin öldürülməsi ilə bağlı Putinin və ya ən azı, Putinin əlaltılarının əmri ilə güman edilən uzun siyahı var”.
Putin güc və hər şeyi bilən hiper-kişi imici yaradıb. Bu, onun ideoloji liderlik tərzinə uyğun gəlir.
Psixologiya professoru Samuel Hanter bildirib ki, bu kimi liderlər keçmişə baxır.
“Beləliklə, onlar hər şeyin daha yaxşı olduğu vaxtdan danışacaqlar. Əgər siz məni bir lider kimi izləsəniz, o zaman biz daha böyük təsirə, gücə malik olduğumuz o dövrə qayıdacağıq. Beləliklə, Putin bunun gözəl nümunəsidir”.
Brukinqs İnstitutundan Angela Stent bildirib ki, Putin Rusiyaya yenidən fövqəldövlət kimi baxılmasını istəyir.
“O hesab edir ki, dünyanın qalan hissəsi Rusiyaya Sovet İttifaqı kimi yanaşmalıdır. O, ittifaqı bərpa etmək istəmir, lakin ona fikirlərinə hörmət edilən və insanların Rusiyadan qorxduğu böyük bir dövlət kimi davranılmasını istəyir və onlar Rusiyanın öz qonşuluğunda təsir dairəsi hüququna malik olduğunu qəbul edirlər”.
Kimmac də bununla razılaşır.
“Mən hesab edirəm ki, o, öz gözlərində özünü böyük rus vətənpərvəri kimi görür. Deməli, onun Rusiya keçmişinə və böyüklüyünə bağlılığı var ki, bu da həvəsləndirici qüvvədir. Və şübhəsiz ki, hakimiyyət arzusu da bir ipdir – onun güclü bir qurum kimi ilk növbədə KQB-yə cəlb edilməsi.
Qlobal Məsələlər üzrə Çikaqo Şurasından Elizabet Şakelford bildirib ki, Rusiyanın nisbətən zəif iqtisadiyyatına baxmayaraq, Putin bütün dünyada böyük münaqişələrlə məşğul olub və bəzi güclü ittifaqlar qurub ki, bu da onun ölkə daxilində populyarlığını artırıb.
“Mən hesab edirəm ki, ən böyük hadisə onun gəlişi olub. Putin, həqiqətən də, uzun zaman kənarda qaldığı bir müddətdən sonra Rusiyanı dünya səhnəsində əsas oyunçu kimi bərpa edib. O, bunu öz çəkisindən yuxarı zərbələr vurmaqla edib, elə deyilmi?
Putin Rusiya qoşunlarını amansız qarşıdurmalara cəlb etsə də, qonşusu Ukraynaya genişmiqyaslı işğala başlaması riskin böyük miqyasına görə çoxlarını, o cümlədən keçmiş prezident Barak Obamanı təəccübləndirib.
“O, həmişə amansız olub. Onun Çeçenistanda etdiklərinin şahidi olmusuz. Təhdid hesab etdiyi insanları əzməkdən çəkinmirdi. Bu, yeni bir şey deyil. Onun belə bir riskə gedcəyini, beş il əvvəl proqnoz verməzdim”.
Ekspertlər deyir ki, COVİD-19 pandemiyasının başlayandan bəri Putin həmişəkindən daha tək və təcrid olunmuş vəziyyətdə idi. İşğaldan qısa müddət əvvəl keçirilən bəzi görüşlərdə o, vaksinlənmiş bəzi dünya liderləri ilə görünürdü.