Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:36 | 27 aprel 2022 | Çərşənbə
Məqaləyə 832 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Mariopldakı “Azovçular” və zavod kompleksinin sığınacağında daldalanan insanların xilas edilməsi məsələsi bu gün bütün dünyanın vicdanlı camiəsini narahat edən bir məsələdir. Putin rəhbərliyi, rəsmi şəkildə ora hücum etməyəcəklərini bildirsə də, hər gün əraziyə hücum, əsasən də, ağır “Tu 95” bombardmançı təyyarələri ilə hava zərbələri davam etdirilir.
BMT baş katibi Antonio Quterreşin əvvəl Türkiyəyə, dünən Rusiyaya, bu gün isə Ukraynaya səfəri, əsasən bu humanitar faciənin qarşısını almağa yönəlmişdi.
Rusiya tərəfi, “Azovçuları” yaxşı halda təslim olub, məhkəmə qarşısına çıxarılması perspektivini vəd edir. Çeçen müharibəsini xatırlayanlar, bunun nə demək olduğunu yaxşı bilir. Məhz ona görə də bütün dünyanı heyran edən bu cəngavərlər, güllələri bitənə – son nəfəsə qədər döyüşəcəklər. Zelenski onların mühasirədən qeyri şərtsiz buraxılmasını, məhv ediləcəkləri halda isə Rusiya ilə bütün danışıqların bitəcəyini, düşmənə daha amansız, barışmaz olacaqları bəyanatı verib. Bəs vəziyyətdən necə çıxmalı?
Beynəlxalq qaydalara görə belə çıxılmaz situasiyada, qarşı tərəflərin güvəndiyi bir dövlət, onların razılığı ilə həmin döyüşçüləri atəşkəs rejimi gözlənilməklə ərazidən çıxarır, öz ölkəsinə aparır və döyüşlər bitənə qədər onların vətənlərinə dönüb müharibəyə qoşulmayacaqları barədə öhdəlik götürür. Türkiyə belə bir məsuliyyəti üzərinə götürməyə hazırdır və bunun üçün hər iki dövlətlə, həmçinin BMT institutları ilə təmaslar qurub, yorulmadan, hər gün danışıqlar aparmaqdadır. Təbii ki, öz igidlərinin xilası üçün Ukrayna da buna razıdır. Amma Rusiyanın bir neçə il öncə “Azov” polkunu terror qrupu kimi tanıması içləri çətinləşdirir. Quterreşin simasının dünənki vəziyyəti, Putinin və Lavrovun qeyri konstruktiv çıxışları bu proyektin baş tutmasına ümidləri azaldır.
Gözlər Türkiyədə, onun lideri Ərdoğandadır. Ukraynanın, eləcədə dünyanın tanınmış simaları Türkiyə Prezidentinə müraciətlər, xahişnamələr ünvanlamaqdadır. Ümidimizi itirməyək...