Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
10:28 | 5 may 2022 | Cümə axşamı
Məqaləyə 1177 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Dünən Mariupoldakı rus qoşun bölmələrinin “Azovstalda” bunkerlərin birinə yol taparaq hücum etmələri xəbəri yayıldı. Bir sutkadan artıq müddətdə Ukrayna xüsusi təyinatlıları ilə əlaqənin kəsilməsi, müxtəlif şayiələrin yayılmasına səbəb oldu. Dünən axşam nəhayət ki, ərazidəki hərbiçilərlə əlaqə bərpa edilib, döyüşçülərin Rusiya hərbiçilərini növbəti dəfə geriyə qaçmağa məcbur etdiyi təsdiqlənib.
Təbii ki, bütün dünyanı heyran edən bu cəngavərlərin nəyin hesabına bu qədər duruş gətirməsi maraq doğurur. Məsələ ondadır ki, uzun müddət bütünlükdə şəhəri qoruyan bu qəhrəmanlar, hərb elminin qaydalarına görə hər şeyi hesablayıblar. Hələ döyüşlərdən öncə, geri çəkilmənin labüd olacağı təqdirdə sığınacaq kimi “Azovstal” nəzərdə tutulub. Ona görə də vaxtında zavodun bunkerlərinə bir neçə aylıq azuqə və digər ehtiyatlar yığılıb.
11 min kvadrat kilometr əraziyə malik, 14 minlik işçisi olan “Azovstal” ötən əsrdə sovet- alman müharibəsindəki dağıntılardan sonra 50-ci illərdə tam bərpa edilib. O dövr isə atom müharibəsi təhlükəsi real olduğu üçün SSRİ-dəki bütün strateji obyektlər kimi kompleksin sexlərinin altında bəziləri hətta nüvə silahına dözüm gətirəcək bunkerlər inşa edilib. Təbii ki, bunkerlərin 1-ci və 2-ci kateqoriyaları vardır. Layihəyə görə ən dözümlü iki bunkerdə 1780 nəfər sərbəst yerləşə bilir. Bundan başqa lazaret, içməli su quyusu, avtonom vəziyyətdə işləyən, bütün bunkeri təmin edə biləcək elektrik dəzgahları vardır. İlon Maskın elektron şirkəti VSU-ya 200 ədəd modem hədiyyə edib. Məhz bu və digər səbəblərdən Azovçuların rabitə, hətta vizual rabitə ilə problemi yoxdur. Fikrimizcə hələ öndəki aylarda, şəhər müdafiəsində olarkən mərkəzlə quru və hava əlaqəsi mövcud olub, oradakı ehtiyatdan əlavə lazımı qədər sursat çatdırılıb.
Ərdoğanın bilavasitə köməyi, Quterreşin təşəbbüsü sayəsində iki gün ərzində baş tutan atəşkəs nəticəsində bombardmandan qaçıb bura sığınan 156 mülki şəxs BMT əməkdaşlarının iştirakı ilə Zaporojye istiqamətinə təxliyə edilib. Zənnimcə bu əməliyyatdan rus kəşfiyyatı yararlanaraq sığınacağın müəyyən istiqamətlərini təsbit edib, atəşkəs rejimini xaincəsinə pozaraq oraya hücum edib. Göründüyü kimi, bu əməliyyat da Rusiya üçün uğursuz olub. Ona görə də mayın 5-dən, 7-nə qədər tərəflər arasında yenidən atəşkəs razılaşması əldə edilib və bu gündən BMT-nin xətti ilə mülkilərin təxliyəsi davam etdiriləcək. Rus tərəfinin qəddarlığından bu təxliyə döyüşçülərə, hətta yaralılara belə şamil edilməyib.
Putinin Şoyquya, ərazini mühasirəyə alın, atəş etməyin tapşırığı isə, elə televiziya üçün imiş. Çünki o vaxtdan indiyədək, “Azovstal”a havadan və artilleriyadan bomba yağdırılması dayanmayıb. Təhlükəsiz Şurasındakı beş ölkədən biri olan, amma BMT baş katibini Kiyevdə raket atəşinə tutmaqdan çəkinməyən bir ölkədən ayrı nə gözləyəsən ki...