Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
13:29 | 25 may 2022 | Çərşənbə
Məqaləyə 948 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Bu gün (mayın 25-də) səhər tezdən İrəvanda müxalifət tərəfdarları Prezident sarayına girişi kəsiblər. Onlar Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsində siyasətilə əlaqədar istefasını tələb edirlər. Nümayişçilər Fransa meydanı yaxınlığında yerləşən prezident idarəsinin binasına gediblər. Bir neçə həftə öncə müxalifət tərəfdarları bu meydanda çadırlar qurmuşdular.
Prezident Vaaqn Xaçatryan mayın 21-dən Davosda Dünya İqtisadi Forumunda iştirak edir.
***
Bu gün Prezident sarayına girişi bağlayan etirazçılarla polis arasında qarşıdurma yaranıb. Etirazçılar binaya daxil olmaq istəsələr də, onların yoluna polis kordonu düzülüb.
“Mübarizə dayanmayacaq, o, erməni xalqının rifahı uğrunda gedir”, – etiraz hərəkatının lideri, parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan deyib.
Müxalifət aprelin sonundan İrəvanda etiraz aksiyaları keçirir, Paşinyanın istefasını tələb edir. Onlar baş naziri Dağlıq Qarabağın statusu məsələsində Azərbaycana birtərəfli güzəştlərə getmək niyyətində ittiham edirlər.
Hakimiyyət isə ittihamları rədd edərək bildirir ki, sülh danışıqlarında, yekun status məsələsində Dağlıq Qarabağ ermənilərinin hüquqlarını müdafiə edəcək. Hakimiyyət təmsilçiləri həmçinin bildirirlər ki, etirazçıları əhalinin geniş təbəqəsi dəstəkləmir.
***
Etirazlar vaxtı müxalifət fəalları İrəvanda nəqliyyatın hərəkətini məhdudlaşdırıb, bir sıra administrativ binalara girişi əngəlləyib. Bu gün səhər onlar parlament binasına da yaxınlaşıblar, amma polis etirazçıları binanın yerləşdiyi Demirçyan küçəsinə buraxmayıb.
Dünən – mayın 24-də etirazçılar XİN-in binasına girişi bağlamışdılar.
İrəvanda etirazlar Ermənistan-Azərbaycan danışıqları fonunda baş verir. Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Aİ Şurasının başçısı Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər. Görüşdən bir gün sonra tərəflər sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiya yaradıb, dünən isə komissiya sədrləri bir araya gəliblər.
Ermənistan müxalifəti bu prosesi İrəvanın Dağlıq Qarabağın Azərbaycandan kənar statusundan imtinası kimi yozur, Bakı ilə əldə olunan razılaşmaları “antierməni” hesab edir.