Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:18 | 1 iyun 2022 | Çərşənbə
Məqaləyə 866 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Uzaq Şərq regionundakı Primorsk diyarında iki deputat Kommunist Partiyasının region parlamentindəki fraksiyasından çıxarılıb. Deputatlar ötən həftə Prezident Vladimir Putini Ukraynadakı hərbi əməliyyatları dayandırmağa, bütün qoşunları çıxarmağa çağırmışdılar. Bu, Rusiyada görünməmiş siyasi etiraz hesab olunur.
***
Kommunist partiyasının regiondakı ikinci katibi Yevgeni Lyaşenko mayın 31-də deyib ki, Leonid Vasyukeviç və Gennadi Şulqa “partiyanı nüfuzdan salan hərəkətlər”ə görə partiya fraksiyasından çıxarılıb. O, parlament fraksiyasında olan iki deputatın Kommunist Partiyasının üzvləri olmadığını sözlərinə əlavə edib.
Fraksiya üzvləri deputatlarla bağlı qərarı yekdilliklə dəstəkləyiblər. Vasyukeçiv və Şulqa iclasda iştirak etməyiblər.
Region parlamentinin daha iki üzvünə – Natalya Koçuqova və Aleksandr Sustov Vasyukeviç və Şulqaya dəstəyə görə rəsmi töhmət alıblar.
Vasyukeviç “Kommersant” qəzetinə deyib ki, Şulqa ilə parlamentdə müstəqil deputat kimi fəaliyyəti davam etdirəcəklər.
***
Mayın 26-də Vasyukeviç özünün və daha 3 deputatın imzaladığı bəyanatı oxuyub. Bəyanatda Putinə Ukraynada müharibəni dayandırmaq çağırışı edilirdi. Sənəddə deyilirdi ki, Rusiya əsgərləri Ukraynada böyük itkilər verirlər, hərbi yolla uğur qazanmaq mümkün deyil.
İclasda iştirak edən vilayət qubernatoru Oleq Kojemyako Vasyukeviç və Şulqanı binadan çıxarmaq göstərişi verib, onları “satqın” adlandırıb.
Koçuqova və Sustov onda bəyanata imza atmadıqlarıını dedilər.
Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya ukraynalıların sərt müqavimətilə üzləşib.
Ukrayna və Qərb rəsmiləri müharibədə minlərlə rusiyalı əsgərin öldürüldüyünü bildirir. Moskva isə martın sonunda 1351 əsgərin həlak olduğunu açıqlayıb.