Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
19:49 | 1 iyun 2022 | Çərşənbə
Məqaləyə 1053 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Finlandiya və İsveç Türkiyənin onların NATO üzvlüyünə qarşı çıxmasını istəmirlərsə, qanunlarını dəyişməlidirlər. “Reuters” yazır ki, bunu mayın 31-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.
NATO-nun Nizamnaməsinə görə hər hansı bir ölkənin onun üzvlüyünə qəbul olunması üçün bütün digər üzvlərin razılığı tələb olunur.
Ankara bir çox müttəfiqlərini heyrətləndirərək mayın 13-də Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı olduğunu bəyan edib.
Bu iki ölkə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ardınca Şimal alyansına üzvlük barədə qərar qəbul ediblər.
***
Türkiyə İsveçi və Finlandiyanı onun “terrorçu” hesab etdiyi şəxsləri, ilk növbədə PKK tərəfdarlarını himayə etməkdə günahlandırır.
Bundan başqa bu iki ölkə 2019-cu ildə Türkiyə Suriyanın şimalında hərbi əməliyyata başlayanda Ankaraya silah embarqosu elan ediblər.
Çavuşoğlu deyib ki, Türkiyə tələbləri yerinə yetirilməyənədək İsveç və Finlandiyanın NATO-ya üzvlüyü qarşısındakı maneəni qaldırmayacaq.
Ankara bildirir ki, İsveç və Finlandiya PKK və başqa qruplara iddia olunan dəstəyi dayandırmalı və bu təşkilatların öz ərazilərində hər hansı tədbirlər keçirməsini qadağan etməlidir.
Türkiyə bundan başqa Stokholm və Helsinkidən Ankaranın ekstradisiyasını tələb etdiyi şəxslərin təslim edilməsini, habelə Türkiyənin antiterror əməliyyatlarına dəstək verilməsini, bütün silah embarqolarının qaldırılmasını tələb edir.
***
Finlandiya və İsveç bu tələblər barəsində artıq Ankara ilə təmaslara başlayıblar və hesab edirlər ki, sözü gedən əngəllərin aradan qaldırılması mümkündür.
Çavuşoğlu bildirib ki, İsveç və Finlandiyanın Türkiyəyə səfər etmiş nümayəndələrinə Türkiyənin tələblərini ehtiva edən sənədlər verilib və hazırda Ankara buna, qarşı tərəfin cavabını gözləyir:
“Bizim tələblərimizin icrası qeyri-mümkündürmü? Əlbəttə yox. Biz onların terrora dəstəyi dayandırmalarını istəyirik. Onlar deyirlər ki, ölkələri terror regionlarından uzaqda olduğuna görə qanunları belədir. Terror təşkilatlarına tədbirlər keçirib öz bayraqlarını yelləmələrinə icazə verilib. Elə isə qanunlarını dəyişsinlər”.
Çavuşoğlu deyib ki, NATO-nun baş katibi Yens Stoltenberq bu məsələ ilə məşğul olur və Brüsseldə üçtərəfli görüşün keçirilməsini təklif edib.
Amma türkiyəli nazir bildirib ki, Ankara Helsinki və Stokholmdan cavab almadan bu danışıqlarda məna görmür.