Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:18 | 2 iyun 2022 | Cümə axşamı
Məqaləyə 914 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
İyunun 2-də Rusiya əsgərləri Ukraynanın şərqindəki Severodonetsk şəhərini ələ keçirməyə daha da yaxınlaşıblar. Britaniya isə ABŞ və Almaniyaya qoşularaq Ukraynanın Rusiyadan müdafiə olunması üçün qabaqcıl silah sistemləri göndərəcəyini açıqlayıb.
Moskvanın Ukraynanın şərqində əsas hədəfi olan Severodonetsk sənaye habının 80 faizi artıq Rusiyanın nəzarətindədir, vilayət hərbi administrasiyasının başçısı Sergey Qayday deyib.
“Küçə döyüşləri davam edir”, – “Telegram”da yazan Qayday Ukrayna qüvvələrinin “Severodonetsk uğrunda sonadək vuruşacağını” sözlərinə əlavə edib.
***
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzianik də Severodonetskdə küçə döyüşləri getdiyini, Rusiyanın şəhər mərkəzinə çatdığını, “Ukrayna silahlı qüvvələrinin onlara fəal müqavimət göstərdiyini” bildirib.
Qaydayın sözlərinə görə, şəhərdəki kimya zavoduna dinc sakinlər sığınıb, hakimiyyət orada təhlükəli materialların ola biləcəyindən narahatdır.
Britaniyanın Müdafiə Nazirliyinin iyunun 2-də yaydığı kəşfiyyat bülletenində Severodonetskin böyük hissəsinin Rusiyanın nəzarətinə keçdiyi təsdiqlənir.
Qurum bildirir ki, şəhərə gedən əsas yol Ukraynanın nəzarətində “ola bilər”, amma rusiyalılar ağır artilleriyanın köməyilə ciddi irəliləyiş əldə edirlər.
Prezident Vladimir Zelenski bir daha ölkənin şərqində vəziyyətin “çox çətin” olduğunu, günə 60-100 əsgərin öldürüldüyünü, 500 əsgərin yaralandığını deyib.
***
Britaniya kəşfiyyatı isə xəbərdarlıq edir ki, gərgin hücumda böyük itki verən rusiyalılar Donetskdə əlavə hücumlara hazırlaşmaq üçün “azından qısa taktiki fasilə” verməlidir. Ukraynalılar Donetsk vilayətində müdafiə mövqeləri qurublar.
ABŞ-ın Ukraynaya HIMARS artilleriya raket sistemləri vermək qərarından sonra Almaniya və Britaniya da oxşar bəyanatlar səsləndiriblər.
Almaniya Kansleri Olaf Şolts Ukraynaya IRIS-T təyyarə əleyhinə raketlər göndərməyə boyun olub.
Britaniyanın Müdafiə naziri Ben Vallas isə iyunun 1-də deyib ki, Ukraynaya yaylım atəşi sistemləri göndəriləcək. M270 sistemləri 80 km-dək hədəfi vurmağa qadirdir.
Bu addımın ABŞ ilə “sıx koordinasiya” olunduğu vurğulanır. Britaniya Ukrayna əsgərlərinə uyğun təlim də keçiləcəyini bəyan edib.
***
Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun iyunun 1-də dediyinə görə, Ukraynanın Qərbdən qabaqcıl raket sistemləri istəməsi “bütün limitləri və ləyaqəti aşır”, “qərbi döyüşə çəkmək üçün birbaşa provokasiyadır”.
Lavrov yaylım atəşi sistemlərinin münaqişəni genişləndirmək riski yaratdığını vurğulayıb. “Sağlam qərb siyasətçiləri bu riskləri yaxşı anlayırlar”, – o bildirib.
Kremlin sözçüsü Dmitri Peskov isə daha öncə deyib ki, “ABŞ bilərəkdən və cidd-cəhdlə odu alovlandıdır”.
Onun sözlərinə görə, Kreml Zelenskinin yeni silahlarla Rusiya ərazisinin vurulmayacağı vədlərinə inanmır.
ABŞ Dövlət katibi Entoni Blinken isə ölkəsinin eskalasiya riski yaratması fikrini rədd edib.
“Ukraynaya hücum edən Rusiyadır, bunun əksi baş verməyib”, – Blinken vurğulayıb.
Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.