
Paşinyanın çətin vəzifəsi
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Paşinyandan kilsəyə islahat təşəbbüsü
Vardanyanı hətta Tramp da xilas edə bilməz...
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Radikal müxalifət, kilsə və bir qrup biznesmenin arxasında bir qüvvə var – Kreml
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyada tərəflərin nümayəndələrinin sayı ciddi rol oynamır. Bu fikri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Nə üçün Ermənistan nümayəndələrinin sayı Azərbaycan tərəfdən olan nümayəndələrdən iki dəfə azdır” sualına cavab verərkən deyib.
Qriqoryanın qeyd etdiyi kimi, komissiya üzvləri mütəxəssislərlə müxtəlif formatlarda məsələləri müzakirə edirlər.
O, İrəvandakı brifinqdə deyib: “İşçi qrup danışıqlara əvvəldən hazırlaşır. Tərkib baxımından heç bir problem görmürəm”.
Moskvada keçiriləcək ikinci görüşə gəlincə, Armen Qriqoryan “təbii ki, orada da sərhədin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunacaq” söyləyib.
“Bu, birinci görüşün davamı olacaq. İşçi qruplar bu məsələdə irəliləyişə necə olacağını müzakirə edəcəklər”, – Təhlükəsizlik Şurasının katibi izah edib.
Qriqoryan deyib ki, iclasın dəqiq tarixi hələlik məlum deyil, baş nazirin müavini Mher Qriqoryan bu barədə məlumat olan kimi elan edəcək.
A.Qriqotyanın sözlərinə görə, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi onun statusunu müəyyən etməlidir.
Qriqoryanın sözlərinə görə, İrəvan Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin vacibliyini vurğulamaqda davam edir.
“Biz əminik ki, statusu müəyyən edən hüquqlar və təhlükəsizlikdir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
Xatırladaq ki, mayın 24-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sərhəddə görüşü baş tutub. Bu, Qriqoryanla Mustafayev arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk danışıqlar olub.
Mayın 25-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, gələn həftə Moskvada Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının növbəti iclası keçiriləcək.