Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:58 | 2 iyun 2022 | Cümə axşamı
Məqaləyə 816 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın Qərbdəki ən böyük himayədarları, Rusiya rəsmilərinin daha sərt tonda danışmalarına baxmayaraq, dəstəklərini dayandırmayacaqlarına söz verirlər. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi çərşənbə günü Vaşinqtonda bildirib ki, Rusiyanın bu yaxınlarda Ukraynanın şərqində əldə etdiyi irəliləyişlər ittifaqın qətiyyətini sarsıtmayıb və üzvlərin Kiyev qüvvələrinə inamları davam edir.
“Düşünürəm ki, biz, NATO-da kollektiv olaraq, Ukraynanın son nəticədə qalib gələcəyinə ümid edirik və inanırıq”, Culian Smit Müdafiə Yazıçıları Qrupuna deyib.
“İttifaq boyu Ukrayna qüvvələrinə hörmət çox yüksəkdir”, – Smit əlavə edib. “Biz Rusiya qüvvələrinin irəliləyiş əldə etdiyi zamanları görürük. Biz Ukrayna qüvvələrinin onları geri göndərməkdə müvəffəq olduğu zamanları da görürük”.
Smitin sözləri Vaşinqtonun Ukraynaya əlavə qabaqcıl silah sistemi, o cümlədən M142 Yüksək hərəkətlilik qabiliyyətinə malik artilleriya raket sistemi HİMARS göndərəcəyini elan etməsindən bir gün sonraya təsadüf edib.
ABŞ Prezidenti Co Bayden bu qərarını çərşənbə axşamı “The New York Times”da dərc olunan köşə yazısında müdafiə edib və deyib ki, qabaqcıl raket sistemləri Ukraynaya “döyüş meydanında əsas hədəfləri daha yüksək dəqiqlikdə vurmağa” yardım edəcək.
Ukrayna rəsmiləri artıq həftələrdir bu sistemlər üçün çağırış edir və onların Moskvanın Donbas bölgəsində irəliləyiş əldə etməsinə imkan verən Rusiya artilleriyasının qarşısını almaq üçün lazım olduğunu deyir. Rusiya çərşənbə günü ABŞ -ın qərarını tənqid edərək, Vaşinqtonu gərginliyi artırmaqda ittiham edib.
“Biz inanırıq ki, Birləşmiş Ştatlar məqsədyönlü və inadkar bir şəkildə od üstünə yağ tökür,” Kremlin sözçüsü Dmitri Peskov müxbirlərə deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Səudiyyə Ərəbistanın səfəri zamanı bu addımı “Qərbi hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyan birbaşa təxribat” adlandırıb.
ABŞ-ın NATO-dakı səfiri bu narahatlıqları rədd edib.
ABŞ-ın Ukraynaya hərbi yardımı “son bir neçə ay ərzində, zənnimcə, təbii şəkildə inkişaf edib və dəyişib,” Smit deyib və əlavə edib ki, Kyivə bu yardımın parametrləri ilə bağlı mesaj “nisbətən açıqdır.”
“Biz sizə Rusiya ərazisinə hücum edə biləcək texnika ilə dəstək verə bilmərik”, – o deyib. “NATO müttəfiqləri NATO-nun bir münaqişədə bir tərəfə çevrilməyəcəyində birlikdirlər”.
Bundan əlavə Smit Türkiyənin ümumilikdə sülh danışıqlarına və Rusiyanın ehtiyac olan taxılın çatdırılmasına əngəl törədən Ukraynanın liman şəhəri Odessanın blokadasına son qoymasına yönəlmiş danışıqlara doğru aparan yolun yaradılmasına yardım etmək təklifini alqışlayıb.
Smit həmçinin deyib ki, NATO müttəfiqləri Ankaranın bu səylərinin çox nəticə verəcəyini gözləmirlər.
“Biz bu məqamda bunun hansısa böyük irəliləyişlə nəticələnəcəyinə şübhə ilə yanaşırıq”, – o deyib. “Rusiyanın bunların hər hansı birini ciddi qarşılaşdığına və ya xoş niyyətlə danışıqlar apardığına dair heç bir işarə yoxdur”.