“Putinin Avropadakı yeganə ünvanı Haaqa olmalıdır”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
09:11 | 12 mart 2014 | Çərşənbə
Məqaləyə 1739 dəfə baxılıb
Şriftin ölçüsü
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
«Avropa Birliyi ilə münasibətləri hansı yöndə inkişaf etdirmək barədə qərarı Azərbaycan verməlidir». APA-nın xəbərinə görə, bunu jurnalistlərin sualına cavabında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M.Mard bildirib ki, hər iki tərəf siyasi və iqtisadi assosiasiyanın dərinləşdirilməsində maraqlıdır. O, xatırladıb ki, Azərbaycan və Avropa Birliyi «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir: «AB Azərbaycanla bu əməkdaşlığı qiymətləndirir. Bir-birinə yaxın olmaq hər iki tərəfin marağındadır».
Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın yaxın vaxtlarda AB ilə assosiasiya sazişi imzalamaq fikrində olmadığını söyləyib.
Azərbaycanla AB arasında vahid hava məkanına dair sazişin hazırlanması üçün aparılan danışıqlara toxunan M. Mard qeyd edib ki, danışıqlar çox da intensiv getmir, lakin AB-nin təklifləri masadadır: «Biz Azərbaycanla bu işi davam etdirməyə və danışıqların növbəti mərhələsinə keçməyə hazırıq». Qeyd edək ki, danışıqların ilk mərhələsi ötən ilin yanvarında Bakıda keçirilib.
Avropa Birliyi nümayəndəsi onu da deyib ki, bu qurum Azərbaycanın qeyri-hökumət təşkilatlarına demokratiya, insan haqları və regional inkişaf sahəsində layihələrin həyata keçirilməsi üçün 5 milyon manatdan çox vəsait ayırıb.
Qeyd edək ki, ötən ilin noyabr ayının 29-da Vilnüsdə keçirilən «Şərq tərəfdaşlığı» sammiti çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzalayıblar.
Fevralın 28-də Azərbaycan Respublikası ilə AB arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb. Readmissiya sazişi AB ölkələrində qanunsuz yaşayan və deportasiya qaydalarının təsiri altına düşən Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasını nəzərdə tutur.
Saziş Vilnüs sammiti zamanı imzalanmış sazişi ilə birgə Avropa Parlamenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
Hər iki sazişin 2014-cü ilin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir.
Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin hüquqi əsası 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş sənədlə qoyulub.
Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin AB qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.
Azərbaycanla AB arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılmışdır. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir.
Azərbaycanın AB-dəki daimi nümayəndəliyi 2000-ci ildən etibarən Brüsseldə fəaliyyət göstərir.
Avropa Komissiyasının nümayəndəliyi 2008-ci ildən etibarən Bakıda fəaliyyət göstərir. (Yeni Müsavat)