
“İran raket arsenalını genişləndirir”
SEPAH-ın Avropa zavodlarında casus şəbəkəsi var
SEPAH-ın Avropa zavodlarında casus şəbəkəsi var
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Tehran vurulan Ukrayna təyyarəsi ilə bağlı ICAO-nun qərarından narazıdır
İran tabeliyindəki terrorçulara sərbəst şəkildə davranmaq səlahiyyəti verib
“The Washington Post”: “İran Azərbaycanda yəhudi liderini öldürməyə cəhd etdi”
Casus şəbəkə Ankara ilə Tehran arasında gərginliyi bir az da artırıb
Fars-molla rejimi İnqilab edib şahı devirən adamın 3 il sonra özünü devirdilər
“Hizbullah”ın baş katibi Xameneyinin nümayəndəsi olacaq
Hərbi təşkilat təkcə regional sabitliyə təhdid deyil, həm də qlobal cinayətin inkişafına şərait yaradır
(Molla rejiminin azərbaycanlı tələbəni azad etməsinin gerçək səbəbi haqda)
Fars-molla rejimi 20-yə yaxın etnik bəluçu həbs edib
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
SEPAH Tramp dövründə İsraillə gəmi müharibəsini işıqlandırır
İran yalnız təhlükə ilə üz-üzə qalanda terrorçularını səfərbər edir
İranlı hakerlər Donald Trampın seçki qərargahını hədəf alıb
... Yaxud Nyu-York bandası və əhəmiyyətsiz bir detal!
İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Aerokosmik Qoşunlarının iki zabiti Əli Kamani və Məhəmməd Abdus müəmmalı şəkildə ölüb. “İranintl” xəbər verir ki, bu barədə qvardiyaya yaxın mənbələr bildirib.
İnqilab Keçikçiləri Qvardiyasının Mərkəz əyalətindəki qoşunlarının ictimaiyyətlə əlaqələr bölməsinin açıqlmasına əsasən Əli Kamani İranın Xomeyni şəhərində avtomobil qəzasında həyatını itirib. Açıqlamada o, şəhid adlandırılıb.
“Fars” xəbər agentliyi isə bildirib ki, Məhəmməd Abdus İranın Semnan əyalətində xidməti vəzifəsini icra edən zaman ölüb. O, da şəhid kimi təqdim olunub.
Lakin SEPAH zabitlərinin ölümünün təfərrüatı açıqlanmayıb.
Xatırladaq ki, son bir neçə ay ərzində İranın müxtəlif şəhərlərində SEPAH-ın bir neçə zabitinin müxtəlif səbəblərdən öldüyünə dair məlumatlar yayılıb. Hakimiyyət təmsilçiləri bir çox hallarda bu hadisələri İsrail kəşfiyyatı (“Mossad”) ilə bağlayırlar.
Qeyd edək ki, son 20 gündə nüvə alimi Əyyub İntizari və İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun zabitlərindən Əli İsmayılzadənin də öldüyünə dair məlumat yayılmışdı.
SEPAH-ın Hərbi Hava Qüvvələri raket və kosmik missiyaların icrasına da məsuliyyət daşıyır. Onun komandanı Əmir Əli Hacızadədir. (report.az)