
Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
7 illik vergi güzəştləri mövcuddur, amma ...
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 11,3 faiz artaraq, ...
Amma idxal qiymətlərində də ciddi artım var
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
4 ölkə dil tapsa da, İran dirəniş göstərir
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb
Uşaq yaradıcılıq müsabiqəsi
Mikayıl Cabbarov: “Çatışmazlıqlar və hədəflər var”
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Sənəd tezliklə qəbul olunacaq”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
«Təhsil sektoru ilə biznes sektoru arasında boşluq var. Bu boşluq aradan götürülməlidir, ancaq dilemma qarşısındayıq».
APA-nın verdiyi məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Sammitində çıxışında söyləyib.
Nazir deyib ki, bir çox məzunlar üçün iş yerləri mövcud deyil: «Əsas məsələ odur ki, biz bunu necə edə bilərik. Burada çeviklik əsasdır. Minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır, onlardan yüzlərlə kadr Azərbaycana dönür, iqtisadiyyat və digər sahələrdə işləməyə başlayırlar. Neft Fondu təhsil sahəsində görülən işlərə dəstək verir. Bəs sonra necə olacaq? Xaricdən yüksək səviyyəli kadrlar dəvət olunur ki, Azərbaycanda kadrlar yetişsin. Biz nəyisə dəyişdiririksə, bunun hansısa nazirdən asılı olmadığına əmin olmalıyıq. Biz hər şeydə davamlılığı əsas götürməli, kiminsə edəcəyinə arxayın olmamalıyıq. Biz böyük şirkətlərin imkanlarından yararlanırıq. Kadr sahəsində problemlərin tam olaraq neçə il sonra aradan qaldırılacağını isə söyləyə bilmərəm».
«Təhsil sahəsində qarşılaşdığımız əsas çətinlik təhsil sistemi və strukturunun sovetlər dönəminin ehtiyacları üçün nəzərdə tutulmasıdır» - deyə Mikayıl Cabbarov bildirib.
Təhsil naziri deyib ki, təhsil sahəsinə yeni baxış, müstəqil Azərbaycanın məqsəd və ehtiyacların müəyyənləşdirilməsi lazım idi: «İlk növbədə insan kapitalını nəzərə almalıyıq. Biz bir çox problemlə qarşılaşırıq, bunlar Təhsil Strategiyasında da yer alıb. İnkişaf üçün təhsilin məzmunu, təhsil sisteminin idarə edilməsi, müəllimlər, maliyyə qaynaqları, resurslar vacibdir. Bu sahələrdə bir çox iş görülüb. Son 10 ildə məktəblərin 60 faizi tam təmir edilib».
M. Cabbarov təhsilin iş bazarını kadrlarla təmin etməli olduğunu da qeyd edib.
Daha sonra təhsil naziri APA-ya açıqlama verib. «Növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir». Mikayıl Cabbarov agentliyə açıqlamasında bildirib ki, Azərbaycanda 12 illik təhsilə proses tam hazır olanda keçiləcək.
Onun sözlərinə görə, bununla əlaqədar hazırlıq işləri gedir və keçmişdə olan səhvlər öyrənilir: «12 illik təhsilə keçid xətrinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün keçiləcək. Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq. Dərsliklərin yeni kurrikuluma uyğun yazılması üçün 1 il, 2 il, 3 il təlimlər etməliyik. Bu gün mövcud problemləri yaşayırıq. Bu kimi çatışmazlıqları etməmək üçün hazır olan kimi 12 illik təhsilə keçəcəyik. Ona görə də növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir».