
“Rusiya təhdidinə hazırlıq”
Litvada uşaqlara PUA təhsili veriləcək
Litvada uşaqlara PUA təhsili veriləcək
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Litva dəmir yolları Avropa İttifaqının (Aİ) sanksiyaları altına düşən bir sıra Rusiya mallarının Kalininqrada (Kalininqrad vilayəti Litva və Polşa ilə həmsərhəd olan Rusiyanın anklavıdır) tranzitini dayandırır. KİV-lər bu barədə Kalininqrad vilayətinin qubernatoru Anton Alixanova istinadən məlumat yayıblar.
Məlumata görə, Rusiya regionlarından Kalininqrada daşınan bütün malların demək olar ki, 50 faizi Aİ qadağası altına düşür. Qubernator bildirib ki, yaranmış problemi aradan qaldırmaq üçün Ust-Luqa - Baltiysk bərə xətti üzrə yüklərin çatdırılması üçün əlavə gəmilərə ehtiyac var. Region rəhbəri hesab edir ki, Litva Kalininqrad vilayətinə yüklərin tranzitinə qadağa qoymaqla onun Aİ-yə daxil olma qaydalarını kobud şəkildə pozub.
Dəmiryolu vasitəsi ilə sərnişin daşınma əlaqəsi dəyişməz olaraq Litva ərazisindən həyata keçirilir və AB ölkələrinin hava məkanı Rusiya üçün bağlı olduğundan təyyarələr Baltik dənizi üzərindən uçur.
İyunun əvvəlində Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi altıncı sanksiyalar paketində digər məsələlərlə yanaşı, ikili təyinatlı mallar və texnologiyalar üzrə ixrac məhdudiyyətlərinə məruz qalan şəxslər və təşkilatların siyahısı genişləndirilib.
Bundan başqa, daşınmasına qadağa qoyulan Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji təkmilləşdirilməsinə töhfə verə biləcək mal və texnologiyaların siyahısı artırılıb. Bura kimyəvi silah istehsal etmək üçün istifadə edilə bilən 80 kimyəvi maddə daxildir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın 24-də başlayıb.