
Hava limanında faciə son anda qaçış
Toqquşmaya cəmi 60 metr qalmışdı
Toqquşmaya cəmi 60 metr qalmışdı
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 104-ə çatıb
Sel ABŞ-da vəziyyəti getdikcə ağırlaşdırır
Meksika turist axınına etiraz edir
Krematoriyada tapılan mumiyalanmış cəsəd sayı 381-ə çıxdı
Polis krematoriyaya basqın həyata keçirib
Sorosun “Mavi Texas” hərəkatı demokratları gücləndirmək məqsədi daşıyır
Göldən 19 cəsəd çıxarılıb
Milçək dərmanı səpərkən 3 nəfər həyatından oldu
Çoxlu sayda ölü və yaralı
İtkin düşmüş qrup üzvləri Meksikada meşədə ölü tapılıb
“Ölüm hökmünüz artıq imzalanıb”
Narkobaronun vəkili hakimliyə namizəd olur
Meksikanın “El Perris” ləqəbli təhlükəli kartel lideri Benites öldürüldü
ABŞ-ın cənub Texas ştatının rəsmiləri bazar ertəsi yük maşınının içində 46 miqrantı ölü aşkar ediblər. San Antonio Yanğınsöndürmə İdarəsinin rəisi Çarls Hud müxbirlərə deyib ki, əlavə 16 nəfər, o cümlədən 4 uşaq isti ilə əlaqədar fəsadlarla xəstəxanaya aparılıb.
Yük maşını San Antonionun cənubunda ucqar bir yerdə dəmir yollarının yaxınlığında tapılıb. Şəhərdə hava temperaturu bazar ertəsi 39 dərəcə selsiyə çatıb.
San Antonio polisi bildirib ki, onlar hələ ki, yük maşınındakı insanların haradan olduqlarını deyə bilmirlər. Təhqiqatı federal rəsmilər aparır.
Meksikanın xarici işlər naziri Marselo Ebrard “Twitter”də yazıb ki, əraziyə gedən Meksika konsulunun bildirdiyinə görə, xəstəxanaya aparılanlardan ikisi qvatemalalı olub.
Ebrard deyib ki, yük maşınında ABŞ-ın dövlət nişanı olub və insidentin insan qaçaqçılarının işi olduğu güman edilir.
San Antonionun meri Ron Nirenberq vəziyyəti “dəhşətli insan faciəsi” adlandırıb.
“Bu, faciəvidir”, – Nirenberq müxbirlərə bildirib. “Bildiyimiz qədər ailələri olan, daha yaxşı həyat tapmağa çalışan 46 nəfər artıq aramızda deyil”.
2017-ci ildə San Antonio polisi 10 miqrantın Walmart mağazasının avtodayanacağında yük maşınında ilişib qalaraq öldüyünü aşkar etmişdi. Həmin yük maşının sürücüsü qaçaqçılıq əməliyyatında oynadığı rola görə ömürlük həbsə məhkum edilmişdi.