“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
16:09 | 30 iyun 2022 | Cümə axşamı
Məqaləyə 1102 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Rusiya ordusu qarnizonunun qüvvələrini işğal olunmuş İlan adasından çıxarıb və ehtimal edilir ki, adanı tam tərk ediblər. Bu məlumatı Ukraynanın “Cənub” operativ komandanlığının “Facebook” səhifəsində yayıblar.
Məlumatda bildirilir ki, Ukrayna tərəfindən atəşdən sonra rusiyalılar iki sürətli katerlərlə qarnizonun qüvvələrini tələsik evakuasiya ediblər.
Ukrayna komandanlığının habelə məlumatına görə, hazırda adada yanğındır, partlayış səsləri eşidilir.
Az sonra Rusiya Müdafiə Nazirliyi (MN) hərbçilərinin adanı tərk etdiklərini təsdiqləyib. Nazirlikdən bildirilib ki, İlan adasında tapşırıqların icrasını bitiriblər və xoşməramlı addım kimi oradakı qarnizonu çıxarıblar.
“Bununla da dünya ictimaiyyətinə göstərildi ki, Rusiya Federasiyası Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının daşınması üzrə humanitar dəhlizin təşkili üçün Birləşmiş Millətlər Təşkilatının səylərinə maneçilik törətmir”, - açıqlamada bildirilir.
İlan adası fevralın 24-dən-müharibənin ilk günündən Rusiya qoşunlarının nəzarətində idi. May ayında Rusiya MN adaya enməyə çalışan Ukrayna desantının qarşısını aldığını bildirmişdi.
Ukrayna da, öz növbəsində, ada yaxınlığında bir neçə Rusiya gəmisinin vurulduğunu açıqlamışdı.
Qara dənizinin şimal-qərbindəki İlan adası Odessa vilayətinin sahilinə və Odessa limanına girişə nəzarət uğrunda mübarizədə mühüm önəmə malikdir.