Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:45 | 3 iyul 2022 | Bazar
Məqaləyə 1626 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
Belarusun avtoritar lideri Aleksandr Lukaşenko hər hansı sübut təqdim etmədən Ukraynadan Belarusa raket atıldığını iddia edib. O, hadisənin bir neçə gün əvvəl olduğunu və Ukrayna ərazisindən Belarusun hərbi obyektlərinə zərbə endirmək cəhdləri olduğunu deyib. Belarusun dövlət xəbər agentliyi “BELTA” iyulun 2-də Lukaşenkodan sitat verib: “Bizi təxribata çəkirlər. Məlumat verməliyəm: üç gün əvvəl, bir az da əvvəl, onlar Ukrayna ərazisindən Belarus ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə cəhd ediblər. Lakin “Pantsir” kompleksləri Ukrayna silahlı qüvvələrinin atdığı bütün raketləri tuta bilib”, – Lukaşenko deyib.
“Kommersant” ın yazdığına görə, o, bu iddiaları Belarusun Müstəqillik Günü ilə bağlı tədbirdəki etdiyi çıxışı zamanı səsləndirib.
Lukaşenka iddia edir ki, Minsk Ukraynada müharibəyə sürüklənir və bununla “ Rusiya və Belarusla eyni anda məşğul olmaq istəyirlər”.
Onun sözlərinə görə, Belarus Ukraynada döyüşmək niyyətində deyil, ancaq hücum olacağı halda döyüşəcək. Lukaşenko qeyd edib ki, o, hərbçilərə “Minsk əleyhdarlarının” qərar qəbuletmə mərkəzlərini “hədəfdə saxlamağı” əmr edib.
O, həmçinin vurğulayıb ki, NATO və Avropa İttifaqı Rusiya və Belarusa qarşı “yeni təxribatlarda maraqlıdır”. Hələ ki, Ukrayna tərəfdən Lukaşenkonun bu iddialarına şərh verilməyib.
Belarus Ukraynadakı müharibənin birbaşa iştirakçısı olmasa da işğalçı Rusiyaya maddi-texniki dəstək verir. Həmçinin Rusiya qoşunlarının bir hissəsi Ukraynaya Belarus sərhədindən keçməklə daxil olub.
Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar qərb ölkələri Belarusa qarşı bir neçə ciddi maliyyə sanksiyaları paketi tətbiq edib.
ABŞ, Aİ ölkələri və bir sıra digər ölkələr 2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşenkonu legitim seçilmiş dövlət başçısı kimi tanımır.
Səsvermənin rəsmi nəticələrinə qarşı başlayan kütləvi etirazların yatırılması ilə əlaqədar ona və ətrafına qarşı sanksiyalar tətbiq edilib. Lukaşenko rejimi insan haqlarını kobud şəkildə pozmaqda və müxalifəti təqib etməkdə ittiham olunur.