Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
08:54 | 8 iyul 2022 | Cümə
Məqaləyə 835 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Ukrayna Təhlükəsizlik Xidməti Odessa vilayətində Rusiya internet casus şəbəkəsini ifşa edib. Şəbəkə üzvləri işğalçıların hərbi cinayətlərini inkar edən məlumatları sosial şəbəkələr vasitəsilə yayırmışlar. Onlar Qərb əleyhinə məlumatlar yaymaqla yanaşı, Rusiyanın işğalçılıq siyasətini ifşa edən ictimai-siyasi fəallara qarşı da böhtan, qaralama kampaniyası aparırmışlar. İfşa edilənlər vətənə xəyanətdə ittiham olunurlar.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən dezinformasiyanın Putin rejiminin əsas “uzaq mənzilli silahlardan” biri olduğu üzə çıxdı. Ümumiyyətlə, Rusiya xüsusi xidmət orqanları informasiya məkanında dezinformasiya və təbliğat sistemi yaradıb.
Kremlin dezinformasiya və təbliğat sistemi insanları çaşdırmaq məqsədi ilə Rusiyanın gerçək siyasəti və real fəaliyyəti ilə bağlı ilə dezinformasiya istehsal edir və yayır. Rusiya xüsusi xidmət orqanları özlərini xəbər agentliyi kimi təqdim edən, yalan yayan, nifaq salan xüsusi saytlar yaradır, casusluğa cəlb etdiyi şəxslərin vasitəsilə sosial şəbəkələrdə qaralama kampaniyası aparır. Rusiya beynəlxalq normalara və qlobal sabitliyin qorunmasına zidd olan bu bədxah fəaliyyətinə görə dəfələrlə ifşa olunsa da, bunu davam etdirir. Humanitar və Sosial Araşdırmalar Fondunun (FHSR) araşdırmasına görə, Rusiyanın Ukraynaya hücumundan sonra Kreml təbliğatının həcmi 10 dəfə artıb.
ABŞ Dövlət Departamentinin Qlobal İştirak Mərkəzinin (Global Engagement Center) “Rusiyanın dezinformasiya və təbliğat ekosisteminin əsas elementləri” adlı hesabatına görə, Rusiyanın dezinformasiya və təbliğat sisteminin əsas məqsədi rəqibləri nüfuzdan salmaqdır.
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın dezinformasiya və təbliğat sistemini zərəsizləşdirmək üçün son altı ay ərzində çoxsaylı əməliyyat keçirib. Odessa vilayətində Rusiya internet casus şəbəkəsini ifşa edilməsi Ukrayna Təhlükəsizlik Xidmətinin ən son əməliyyatıdır. Aydın görünür ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın internet casus şəbəkəsinə qarşı müharibə elan edib.