Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
09:47 | 9 iyul 2022 | Şənbə
Məqaləyə 833 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Amerika Birləşmiş Ştatları (ABŞ) Ukrayna ərazisində ukraynalıları saxlamaq və zorla Rusiyaya deportasiya etmək üçün yaradılmış ən azı 18 filtrasiya düşərgəsini aşkar edib.
Bu barədə ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini Kortni Ostriana istinadən “The New York Times” qəzeti yazıb. Məlumata görə, Rusiya Ukrayna-Rusiya sərhədinin hər iki tərəfində düşərgələr hazırlamağa hələ Ukraynaya genişmiqyaslı müdaxilə başlamazdan əvvəl başlayıb.
ATƏT-in Vyanada keçirilən iclasında Ostrian bildirib ki, filtrasiya düşərgələri Rusiya qoşunlarının nəzarətində olan Ukraynanın şərq və cənub-şərq ərazilərindəki məktəblər, idman mərkəzləri və mədəniyyət müəssisələrində yerləşir.
Onun dediyinə görə, Rusiya hakimiyyəti işğaldan əvvəl də Ukrayna əhalisini “süzgəcdən keçirməyə” hazırlaşıb.
“Rusiya rəsmiləri, çox güman ki, Ukraynanı Rusiyanın nəzarətində saxlamağa qarşı olan Ukrayna vətəndaşlarını, o cümlədən ukraynayönlü baxışları olan hər kəsi – siyasətçiləri və fəalları, həmçinin təhlükəsizlik işçilərini filtrləmək və həbs etmək üçün siyahılar tərtib edib”, – Ostrian deyib.
Filtirasiya düşərgələri təcürbəsini Stalin repressiyaları ilə müqayisə edən Ostrian bunu “Rusiya tarixində xalqların kütləvi deportasiyası və məhvinin ən uzun nümunəsi” adlandırıb.
Ostrian Ukrayna hökumətinin rəqəmlərinə istinad edərək, müharibə zamanı təxminən 1,6 milyon insanın, o cümlədən 250 min uşağın məcburi Ukraynadan Rusiya köçürüldüyünü vurğulayıb.
“Bu məlumatları yoxlamaq mümkün deyil. Açıq siyahılar, insanların taleyini öyrənmək üçün qaynar xəttlər, heç bir məlumat yoxdur”, – Ostrian əlavə edib.
Bundan əvvəl dünya mediası Rusiya ilə sərhəddə filtrasiya düşərgələrindən keçən ukraynalıların ifadələrini dərc edib. Onların bir çoxu pis rəftardan və təhdidlərdən şikayətlənib.
Ukraynalıların sözlərinə görə, “süzgəcdən keçirmə” prosesinə əsasən indiki Ukrayna hökumətini dəstəkləyənlər aparılıb, onların taleyi məlum deyil. Onlar həmçinin bildiriblər ki, bir çoxlarının sənədləri əllərindən alınıb və onlardan Rusiya vətəndaşlığı almaq tələb olunub.