vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 iyul 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
“20-dək silah anbarını məhv etdik” 13:18 | 9 iyul 2022 | Şənbə Məqaləyə 1057 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“20-dək silah anbarını məhv etdik”

Zelenskinin müşaviri HİMARS raket sistemindən ağızdolusu danışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”. Bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç ABŞ-ın HİMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir:

“70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsindən ehtiyat edən rəqib yeni anbarları cəbhə xəttindən uzaqlaşdıracaq. Bu da öz növbəsində logistikanın çətinləşməsi, sursatın çatdırılması sürətinin və miqdarının azalması deməkdir”.

O qeyd edib ki, ABŞ Ukraynaya verdiyi HIMARS rəqibin 300 km-lik məsafədəki hədəfini də məhv edə bilir.

Xatırladaq ki, yeni göndərilən partiya ilə birlikdə Ukraynada ABŞ-ın 12 HİMARS reaktiv yaylım atəşi sistemi və bu silaha aid olan on minlərlə sursatı var. (“Report”)