
28 metrlik lüks yaxta külə döndü
3 milyonluq “Da Vinçi” batsa da ekipaj xilas edildi
3 milyonluq “Da Vinçi” batsa da ekipaj xilas edildi
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
Trampın gömrük tarifləri 6.25 milyardlıq layihəni dayandırdı
20 vilayətdə dövlət qurumları bağlanır
Avropanın sonuncu isti dalğasında ölümlər üç dəfə artdı
“Əgər ehtiyat tədbirləri görülməsə, on minlərlə insan istidən ölə bilər”
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
Milanda asfalt əriyib
Yanğınlar necə başladı, son vəziyyət necədir?
Qitə həddindən artıq isti dalğası altında inildəməkdə davam edir
Həddindən artıq istilərin sağlamlığa təsiri 5 sualda
Termometrlər 46 dərəcəni göstərib
Hollandiya, Belçika və Fransa həyəcan vəziyyətindədir
Məktəblər sabahdan bağlanır
İsti dalğası ilə bağlı 14 rayona xəbərdarlıq edilib
İspaniyada bu il ikinci isti dalğası yaşanır. İsti yay günəşi Şimali Afrikadan gələn isti hava cəbhəsi ilə birlikdə temperaturun yüksəlməsinə səbəb olub.
Dövlət meteoloji proqnozları (AEMET) bazar günü isti dalğasının iyulun 14-dək davam edə biləcəyini xəbər verib. Sinoptiklər bildirir ki, bazar günü qeydə alınan ən yüksək temperatur İspaniyanın cənubundakı Sevilya yaxınlığındakı Quadalquivir çayı sahilində və ölkənin qərbindəki Badajozda 43 dərəcə olub.
Əbu-Dabidə yaşayan suriyalı səhiyyə işçisi, 45 yaşlı Raşa üçün isti hava tətilində xoşagəlməz sürpriz olub. “Bu, bizim tətildə olmasını istədiyimiz şey deyil, amma belədir. Səhra ilə müqayisədə bu o qədər də pis deyil”, – deyə o bildirib.
AEMET sözçüsü Ruben del Campo “Reuters”ə bildirib ki, İspaniyanın cənubundakı Korboda və ya Ekstremadurada temperatur 44 dərəcəyə çata bilər. Çərşənbə axşamı və çərşənbə günləri Kastiliya, Leon və Qalisiya (İspaniyanın mərkəzi və qərbində) kimi ölkənin mərkəzində də 42 dərəcəyə çata bilər.
Del Campo insanlara həddindən artıq fiziki fəaliyyətdən çəkinməyi, yüksək temperatura həssas olan yaşlı insanlara qayğı göstərməyi və bol su içməyi tövsiyə edib. O bildirib ki, istilər zamanı meşə yanğınları riski də yüksəkdir.
AEMET-ə görə, iyun ayında ispanlar 1981-ci ildən bəri ən erkən istilik dalğası ilə üzləşib. Temperatur İspaniyanın mərkəzi və cənub bölgələrində 44 dərəcədən yuxarı olub.