Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
01:43 | 12 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 940 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Hərbi ekspertlər Ukraynaya Rusiya ilə müharibədə qələbə üçün lazım olan silahları sadalayıblar və Qərb ölkələrinin bu silahların təchizatı zamanı buraxdıqları səhvlərdən bəhs ediblər. “Ukrayna müharibədə: sağ qalmaqdan qələbəyədək” adlanan araşdırma hesabatını Britaniyanın kral müdafiə tədqiqatları institutu – RUSİ dərc edib.
Hesabat müəlliflərinin fikrincə hazırda Ukraynanın silahla təchizatı pərakəndə və xaotik səciyyə daşıyır, bəzən isə Ukrayna Silahlı Qüvvələri üçün “logistik dəhşətə” çevrilir.
Hesabatda deyilir ki, məsələn 155 mm çaplı haubitsaların hətta NATO daxilində də müxtəlif çaxmaq və partladıcılarından istifadə olunur.
Buna görə də hər bir haubitsa üçün hərbçilərə ayrıca təlim keçilməsi lazım gəlir.
RUSİ ekspertləri ölkələrə silah təchizatını rasionallaşdırmağı və əlaqələndirməyi tövsiyə edirlər: bir və ya iki tip haubitsalarla təchiz etmək və onlar üçün sursatın və mərmilərin istehsalını artırmaq.
Ekspertlərin fikrincə, Ukraynaya haubitsalardan başqa həm də yaylım atəşli raket sistemləri (MLRS) lazımdır.
Bu raketlər düşmənin təchizat zəncirlərinin qırılmasında mühüm rol oynayır. Rusiya hərbi logistikada dəmir yollarından çox asılıdır.
MLRS sistemləri dəmir yolu xətlərini, silah anbarlarını və başqa obyektləri sərrast vurur.
***
Ekspertlər qeyd edirlər ki, bundan başqa Ukraynaya səyyar zenit-raket kompleksləri, yuxarıdan hücum edən və idarə olunan antitank silahları, müşahidə avadanlığı və hava hücumundan müdafiə sistemləri lazımdır.
Ekspertlərin fikrincə Ukraynanın habelə mühafizə olunan platformalarda etibarlı taktiki mobil rabitə vasitələrinə ehtiyacı var.
Ekspertlər qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələrinə hücum əməliyyatlarının planlaşdırılması sahəsində miqyaslı təlim keçilməlidir.
Hesabat müəlliflərinin fikrincə əgər ölkələr hərbi yardımlarını səfərbər və rasional edə bilməsələr Ukrayna uzun və üzücü müharibəyə sürüklənə bilər. Həm də bu halda vaxt Rusiyaya işləyəcək.
ABŞ, Avropa ölkələri, habelə Yaponiya və Avstraliya indiyədək Ukraynaya milyardlarla dollarlıq hərbi yardım göstəriblər.
ABŞ Ukraynaya 42 milyard, Britaniya 6 milyard, Almaniya isə 3 milyard dollar ayırıb.