
BMT-dən xəbərdarlıq
“Dünyada savaş qaydaları çökür”
“Dünyada savaş qaydaları çökür”
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
İran və Avropa arasında “snapback” krizi
76 nəfər öldü
Əfqan qadınlar “Taliban” qadağalarına meydan oxuyur
“İrana zənginləşdirilmiş uranla kömək etməyə hazırıq”
BMT-dən Almaniyaya xəbərdarlıq
Ötən il bu vaxt terrorçu siyahısında idi
MAGATE Tehranın nüvə öhdəliklərinə əməl etmədiyini hesab edir
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
Əfqanıstandan vətəndaşlarına “geri qayıdın” çağırışı
May ayında qlobal ərzaq qiymətlərinə hansı məhsullar ucuzlaşıb?
Dünya əhalisi səhv hesablanıb
Birbok Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni prezidenti oldu
İki ölkə münasibətlərinin gərginləşməsi Çinin maraqlarına ziddir
Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında deyilir ki, Əfqanıstanda qadın hüquqlarının pozulması Talibanın keçən ilin avqustunda ölkəni ələ keçirməsindən sonra ən çox diqqət çəkən məsələlərdən biri olub.
BMT-nin Əfqanıstandakı Yardım Missiyası və ya UNAMA kimi tanınan təşkilat Kabildə keçirdiyi mətbuat konfransında hesabatı açıqlayaraq, Talibanın gözlənilmədən hakimiyyətə keçməsindən bəri “bu günə qədər həyata keçirilən insan haqları pozuntularının açıq-aşkar cəzasız qalmasından” dərin narahatlığını ifadə edib.
Hesabatda avqustun 15-dən etibarən qadın və qızların təhsildə, iş yerlərində, ictimai və gündəlik həyatın digər aspektlərində tam iştirak etmək hüquqları tədricən məhdudlaşdırılıb və bir çox hallarda tamamilə əllərindən alınıdığı deyilib.
“Qızların orta məktəbə qayıtmasına icazə verməmək qərarı o deməkdir ki, qızların bu nəsli əsas 12 illik təhsilini tam başa vurmayacaq”, – deyə hesabatda bildirilib.
Taliban İslam qanunlarına uyğun siyasətlərini müdafiə edərək, qadınların işləmək və təhsil hüquqlarını əhəmiyyətli dərəcədə geri qaytarıb. Təhsil, səhiyyə və bir neçə digər nazirliklərdə işləyən qadınlar istisna olmaqla, dövlət sektorunda çalışan qadınların evdə qalmaları bildirilib.
“Qadınların və qızların təhsili, ictimai həyatda iştirakı istənilən müasir cəmiyyət üçün vacibdir. Qadınların və qızların evdə qalması Əfqanıstanı onların verə biləcəkləri əhəmiyyətli töhfələrdən faydalanmasından məhrum edir”, – deyə UNAMA-nın rəhbəri Markus Potzel bildirib.
Hakimiyyəti ələ keçirdikdən bir neçə gün sonra Taliban ölkədə uzun illər davam edən hərbi əməliyyatlara həmişəlik son qoymaq məqsədilə Əfqanıstanın keçmiş hökuməti və təhlükəsizlik rəsmiləri üçün ümumi amnistiya elan edib.
“Belə görünür ki, bu amnistiya ardıcıl olaraq qüvvədə qalmayıb, UNAMA 2021-ci ilin avqustun 15-dən və 2022-ci il iyunun 15-i tarixləri arasında de-fakto hakimiyyətin üzvləri tərəfindən keçmiş hökumət və təhlükəsizlik məmurlarından azı 160 nəfərinin məhkəməsiz öldürüldüyünüi qeydə alıb”, – deyə Fiona Frazer əlavə edib.
Hesabatda əsasən hüquq pozuntularında Taliban kəşfiyyatçıları günahlandırılır. Hesabatda bildirilib ki, İslam qanunlarını şərh və tətbiq edən Fəziləti Təbliğ və Pisliklərin Qarşısının Alınması Nazirliyi tərəfindən verilən direktivlər insan hüquqlarını, xüsusən də qadın hüquqlarını məhdudlaşdırır.