Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
20:42 | 22 iyul 2022 | Cümə
Məqaləyə 1361 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı gündəlik müraciətində bildirib ki, Ukraynanın birinci xanımı Alena Zeleskanın Vaşinqtona səfəri bəhrəsini verməyə başlayıb.
Zelenski deyib ki, ABŞ senatorları Ceys Riş, Bencamin Kardin, Rocer Viker, Riçard Blumental, Rob Portman, Cin Şahin və Lindsi Qraham Rusiyanın Ukraynadakı əməllərinin soyqırım kimi tanınması üçün qətnamə layihəsi təqdim ediblər.
“Qətnamə layihəsinə əsasən, ABŞ Senatı Rusiyanı Ukrayna xalqına qarşı soyqırım törətdiyinə görə qınayır; Birləşmiş Ştatlar, habelə NATO və Aİ müttəfiqlərini Ukrayna xalqına qarşı Rusiyanın növbəti soyqırım aktlarının qarşısını almaq üçün Ukrayna hökumətini dəstəkləməyə çağırır; Rusiyanın siyasi liderləri və hərbi personalını təcavüz müharibəsi, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırıma görə cavabdeh tutmaq üçün tribunallar və beynəlxalq cinayət araşdırmalarını dəstəkləyir”.
“Rusiya ukraynalılar və bizim ölkəmizə qarşı bütün terror hücumları ilə özünü dəfn edir”, – Zelenski deyib.
Bu arada isə Zelenski bildirib ki, ordu liderləri ilə iclası zamanı onlar belə bir nəticəyə gəliblər ki, “Bizim qüvvələrimizin cəbhədə irəliləmək və işğalçılara yeni əhəmiyyətli itkilər vermək üçün böyük potensialı var”.
Ancaq Rusiya qüvvələri yenidən Ukrayna şəhərlərinə uzun-mənzilli raketlərlə zərbələr endirib. Bu, Rusiya müdafiə nazirinin Moskvanın Ukraynadakı müharibəsini Donbasdan kənara genişləndirməyə hazırlaşdığı barədə xəbərdarlıq etməsindən bir gün sonraya təsadüf edib.
Ukrayna rəsmiləri cümə günü deyib ki, Rusiya bir neçə rayona, o cümlədən Ukraynanın ikinci ən böyük şəhəri Xarkovda bir bazara zərbə endirib. Nəticədə üç nəfər ölüb, 23 nəfər yaralanıb.
Bölgə qubernatoru Oleq Sinequbov deyib ki, ölənlər arasında bir uşaq var. Polis və digər rəsmiləri isə həmin ərazidə heç bir hərbi hədəflərin olmadığını bildirib.
“Rusiya ordusu Xarkova, dinc yaşayış məntəqələrinə təsadüfi şəkildə atəş açır, mülki vətəndaşlar ölür”, – mer İqor Terekov deyib.
Bundan əlavə cümə axşamı Donets bölgəsinin qubernatoru Pavlo Kirilendo “Reuters” agentliyinə bildirib ki, Rusiyanın raket hücumu nəticəsində Ukraynanın nəzarət etdiyi Kramatorsk və Konstiantinivkada iki məktəb dağılıb, bir raket isə Baxmut şəhərinə atılıb.