
Rusiya və İranın “TrampƏzuR” dərdi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
Pentaqon İranı vurmağa hazırlaşır?
Tramp: “Çox kədərli bir vəziyyətdir”
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
Azərbaycan nə uddu?
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
İran Türkiyənin müdafiəsinə qalxdı
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
Nazarbayevdən müjdə
Sentyabrın 19-u günorta saatlarından başlayaraq Tehran, İsfahan, Məşhəd, Rəşt, Sənəndəc və başqa şəhərlərdə etiraz aksiyaları gecə saatlarında da davam edib. Bir neçə şəhərdə polis və etirazçılar arasında qarşıdurma baş verib, çoxlu sayda etirazçı xəsarət alıb.
“Reuters” xəbər verir ki, Kürdüstan əyalətinin Divandərə şəhərində xüsusi təyinatlı qüvvələrin açdığı atəş nəticəsində 2 etirazçı ölüb, 15 nəfər yaralanıb.
İnsan haqları təşkilatları öldürülənlərin Möhsün Məhəmmədi və Fuad Qədimi adlı şəxslər olduğunu bildirib. Məlumata görə, onlar güllə yarası nəticəsində həlak olub.
Tehranın Vəliəsr xiyabanında keçirilən aksiyanı dağıtmaq üçün isə xüsusi təyinatlı qüvvələr cəlb olunub.
Etiraz aksiyasını dağıtmaq üçün gözyaşardlcı qazdan və rezin dəyənəklərdən istifadə edib, havaya atəş açıblar.
Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Etirazçılar polis maşınını aşıraraq yandırıblar.
Etirazçılar “bu qədər ordu rəhbərə qarşı gəlib” şüarını səsləndirib.
Hüquq müdafiəçiləri Tehranda keçirilən aksiyalarda onlarla narazının, o cümlədən tanınmış rejissor və qadın hüquqları müdafiəçisi Elnaz Məhəmmədinin həbs edildiyini bildiriblər.
Bununla yanaşı Tehranın Əmir Kəbir Universitetində öyrəncilərin aksiyasını dağıtmaq istəyən polisin müdaxiləsi qarşıdurmaya səbəb olub, çox sayda öyrəncinin həbs edilib, bir neçəsi yaralanıb.
Qeyd edək ki, sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini hicab qaydasına əməl etmədiyinə görə Tehranda əxlaq polisi tərəfindən döyülüb.
Həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra onun beyin ölümü keçirdiyi xəbəri yayılıb.
Sentyabrın 16-ı günortadan sonra isə o, dünyasını dəyişib.