
Allahsız adamların ölçüsüzlüyü
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
Sevincdən Putinin gözlərini parıldadan çıxış
... Yaxud gözü çıxmış qardaşın öyrətdiyi
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
İndi qlobal siyasətdə yeni tendensiya, paradiqma yaranır...
Makron Putinin səmimiyyətinə inanmır
Putinin təyyarəsinə yanacaq doldurmaq üçün nağd ödəniş edilib
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
“Biz sənin keçmiş itkilərini unutmamışıq”
... zəhərli siyasət
“Milyonlarla insanın həyatını alan və mənimkindən məhrum edən adam”
Kremlin Mariya Zaxarovanı Bakı və İrəvanın üzərinə qısqırtması acı gülüş doğurur...
O, Leninin yolunu təkrarlaya və imperiyanı bərpa edə bilərmi?
Putin doğma şəhərində gəzintiyə çıxdı
Navalnayanın təzyiqi nəticə verdi
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna televiziyalarından birinə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin fövqəladə vəziyyətlərdə danışıqlarda nalayiq ifadələrdən istifadə etdiyini açıqlayıb.
Saakaşvili Rusiya dövlət başçısının dünya liderləri ilə davranışlarında kobudluğa yol verdiyini də dilə gətirib: »Bir dəfə o, Fransanın sabiq prezidenti Nikola Sarkozinin üzünə nalayiq söyüşlər işlətdi, üstünə hücum çəkdi. Hətta onun mükəmməl bir tərcüməçisi vardı. Bu sözlərdən onun gözləri bərəlmişdi. Nalayiq sözlərdən Putin hər bir dövlət başçısının çəkisinə uyğun olaraq istifadə edir. O, bu yöndə individualdır. Kiçik ölkələrin prezidentlərinə isə ümumiyyətlə fikir vermir».
Saakaşvili həmçinin 2008-ci ilin avqust
hadisələri zamanı Putinin reaksiyalarına da toxunub: «Mən ona zəng elədim və
bildirdim ki, bütün sivil dünya Rusiyanın Gürcüstana təcavüzünü pisləyən
bəyanatla çıxış edir. O isə bütün dünyanı «bir yerə yolladı». Mənə dedi ki,
qərblilərin bəyanatlarını onların «bir yerinə» sox».
Saakaşvili sonda Putinin rəğbət bəslədiyi dövlət başçıları məsələsinə də aydınlıq gətirib. Ad çəkməyi məqsədəmüvafiq bilməyən sabiq prezident əlavə edib ki, Putinin daha çox sovet ruhlu ölkə başçılarına hörməti var (aktual.az).