Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:09 | 3 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1346 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya prezidenti Vladimir Putin Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirdikdən sonra tərəfdaşlarından dəstək gözləyir. Ankara ilk gündən açıqlama verib ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Ukrayna torpaqlarının ilhaqının beynəlxalq hüquqa zidd adlandırıb. Bu ilhaq Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyinə də zərbə vurub. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Putindən sonrakı Rusiya lideri ilə görüşə bilər, indiki Kreml sahibi ilə görüş mümkün deyil. Halbuki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilhaqa qədər Putinlə Zelenskini görüşdürmərə çalışırdı.
Belarus və Ermənistan Rusiyanın müttəfiqləri olsalar da, Rusiyanın ilhaqını dəstəkləməyiblər. Belə olan halda Kremlin ümidi ötən dəfə olduğu kimi Nikaraqua və bir neçə cırtdan – ada dövlətinədir. Kreml Krımı ilhaq edəndə məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi.
Vladimir Putin Ukrayna torpaqlarının Rusiyaya birləşdirdiyini elan etdiyi günün sabahı isə Çin lideri Si Tsinpinə təbrik məktubu yazıb. 1 oktyabr Çində Respublika günü kimi qeyd edilir. Putin məktubunda Si Tsinpini əziz dostu adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb: “Rusiya-Çin əlaqələri və strateji tərəfdaşlığı dinamik inkişaf edir”.
Si Tsinpin də Putinə yazdığı məktublarda həmkarını “əziz dost” deyə xitab edir. Buna baxmayaraq, Si Tsinpin Ukrayna ərazilərinin ilhaqını tanımayacaq. Ancaq o eyni zamanda bu ilhaqa görə Kremli tənqid də etməyəcək. Putin də anlayır ki, Pekin Ukraynanın 4 bölgəsinin Rusiyaya birləşdirilməsini tanımayacaq. Putin üçün önəmlidir ki, ilhaqa rəğmən, Pekin Kremllə tərəfdaşlıqdan imtina etməsin.
Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir. Rusiyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək. Vladimir Putinin bir gözü də Qazaxıstandadır. Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyirlər. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternativ yollar axtarır.