“48 saatlıq atəşkəs müvəqqətidir”
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
15:42 | 10 dekabr 2022 | Şənbə
Məqaləyə 1135 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Tramp yenə özünü qabağa verəcəkmi?
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
76 nəfər öldü
Əfqan qadınlar “Taliban” qadağalarına meydan oxuyur
BMT-dən Almaniyaya xəbərdarlıq
Ötən il bu vaxt terrorçu siyahısında idi
Əfqanıstandan vətəndaşlarına “geri qayıdın” çağırışı
İki ölkə münasibətlərinin gərginləşməsi Çinin maraqlarına ziddir
Tehran 400 kilometrlik təhlükəsizlik divarı inşa edəcək
Pentaqon ABŞ-ın Əfqanıstandan çıxan zamanı baş verənləri hadisələri araşdırmağa başlayır
Talibandan qorxduğu üçün adı gizli saxlanılan qadın Əfqanıstana deportasiya edilə bilər
“Sığınacaq müraciəti rədd edilən heç kim Almaniyada daimi qala bilməz”
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
Ötən həftə Əfqanıstanın paytaxtı Kabildə sui-qəsd cəhdinə məruz qalan Hizbi-İslami Partiyasının lideri Gülbəddin Hikmətyar tərəfdarlarından “yeni müharibəyə hazırlaşmağı” istəyib.
Hikmətyar ötən həftə partiyasının qərargahındakı məsciddə cümə namazı xütbəsində ona qarşı sui-qəsd cəhdinə toxunub.
Hücum edənlərin ilk təsbitlərə görə Tacikistan vətəndaşı olduqlarının müəyyən edildiyini bildirən Hikmətyar, hücumu hansısa qruplaşmaya aid etməyin hələ tez olduğunu bildirib.
Hikmətyar, hücum edənlərin çantalarında terror təşkilatı İŞİD bayrağının ələ keçirildiyini, lakin bunun əsl günahkarları gizlətmək üçün istifadə oluna biləcəyini bildirib.
Silahlı mübarizədən əl çəkdiklərini və 2016-cı ildə keçmiş Əfqanıstan hökuməti ilə sülh müqaviləsi imzaladıqlarını ifadə edən Hikmətyar, “Qərarımızı verməliyik. Necə ki, biz iki işğalçıya və onların yadelli əlaltılarına qarşı vuruşmuşuq. Hizbi-i İslami tərəfdarlarından yeni müharibə və mübarizəyə hazırlaşmağı xahiş edirik”, – deyib.
Hikmətyar hansı qruplaşmaya qarşı mübarizə aparacaqları barədə dəqiq açıqlama verməyib.
Ötən həftə paytaxt Kabilin Darul-Aman bölgəsindəki Hizbi-İslami Partiyasının qərargah şəhərciyində yerləşən məscidə cümə namazı vaxtı silahlı və bombalı hücum həyata keçirilib.
Hikmətyarın mühafizəçilərinin müdaxiləsi ilə hücum edənlər zərərsizləşdirilib və Hikmətyar hücumdan xəsarət almadan xilas olub. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
1996-97-ci illərdə baş nazir vəzifəsini də icra edən Hikmətyar 1996-cı ildə Taliban ölkədəki gücünü artırdıqdan sonra Kabili tərk etməli oldu.
15 avqust 2021-ci ildə Talibanın Kabili ələ keçirməsi ilə bir çox lider ölkəni tərk etdi, Hikmətyar isə Əfaqınstanda qalmağa üstünlük verdi.