
“Tulladığın qədər ödə”
Fransada zibil vergisi ləğv olunur, qaydalar dəyişir
Fransada zibil vergisi ləğv olunur, qaydalar dəyişir
Uşaqlar xüsusilə risk altında
Fransada hökumət saxta evliliklərə qarşı hərəkətə keçdi
Rusiyadan Makrona sərt cavab
Fransada taksi sürücüləri hökumətə qarşı kütləvi aksiyalara hazırlaşır
Fransada sürücülük vəsiqəsi olmadan avtomobil istifadə etməyin cəzası nədir?
Fransa Baş naziri iqtisadi artım üçün iki rəsmi tətilin ləğvini istəyir
Fransanın ən ucuz kababçısı bağlandı
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Qış gəlmədən elektrik və qaz qiymətləri 20 faiz artdı
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Nazirlik iddia yalanladı
Fransada səhiyyə böhranı dərinləşir
Fransa məhkəməsi Almaniya brendini fantastik məbləğdə cərimələdi
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı fransız dilini sevdiyinə görə gender-inklüziv formasının istifadəsinin son dövrlərdə artmasına qarşı olduğunu bildirib.
Akademik qurumlar və bəzi məmurlar tərəfindən istifadə edilən gender-neytral yazı sistemi olan “inklüziv orfoqrafiya” sol təmayüllü gənclərlə ölkənin mühafizəkarları arasında davam edən mədəniyyət mübahisələrində məşhur mövzuya çevrilib.
“L'Obs” jurnalına danışan Bricit Makron, “Onsuz da fransızcanı öyrənmək çətindir. Gəlin bunu daha da mürəkkəbləşdirməyək. Bu, mədəni bir mövqedir” deyib.
Cinsiyyətini dəyişdirməyi seçən böyüklərə qarşı olmadığını izah edən Makron, fransızca dəyişiklikləri təşviq edən davranışları rədd edərək, “səssiz əksəriyyət” üçün danışdığını bildirib.
İngilis dilindən fərqli olaraq, fransız dili bütün isimlərə qadın və ya kişi artikli təyin olunduğu cinsiyyət dilidir.
Digər tərəfdən, getdikcə populyarlaşan bu sistem, kişi cinsinə aid sifətlərə və isimlərə qadın və cəm mənaları əlavə etmək üçün natiqdən defislə işarələnmiş -e və -s əlavə etməsini tələb edən alternativ, genderi əhatə edən qarşılıq yaratmağı hədəfləyir. Beləliklə, tələbələr (les étudiants) les étudiantes olur və qadın “e” əlavə edilərək həm kişi, həm də qız tələbələrin adı çəkilir.
Fransız dilində onlar/them ingilis əvəzliyi üçün formal ekvivalent olmasa da, inklüziv yazılarda il (he) və elle (she) qarışığı olan iel (tək) və ya iels (tək) və “yell” kimi tələffüz olunur.
İnklüziv orfoqrafiya indi sosialistlərin rəhbərlik etdiyi Paris Şurası və Sorbonna tərəfindən istifadə olunur, bəzi qurumlar, məsələn, Fransız dili ilə bağlı məsələləri idarə edən dövlət orqanı olan “Academie Française”, Amerikanın “sentimental” əlaməti olaraq sistemi rədd etməyə davam edir.
2017-ci ildə Şura hətta bu formatın inklüzivliyin təşviqinə zidd olduğunu və “fransız dilinin praktikasına və anlaşılmasına zərər verdiyini” qərara aldı.
Bricit Makron nadir hallarda siyasi səhnədə görünsə də, keçən il şəxsi əvəzliyini sadaladığı üçün Robertin lüğətinə hücum etmişdi.
O həmin vaxt demişdi ki, “İki əvəzlik var, il və elle”.