Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
00:21 | 16 iyul 2024 | Çərşənbə axşamı
Məqaləyə 351 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Trampın mövqeyində “U” dönüşü Zelenskini də təəccübləndi
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində keçmiş prezident Donald Trampın qalib gəlməsi ehtimalı ilə bağlı açıqlama verib.
Mətbuat konfransında Zelenski Ukraynaya veriləcəyi vəd edilən “F-16” təyyarələri və hava hücumundan müdafiə sistemləri, ABŞ-da keçiriləcək prezident seçkiləri və gündəmlə bağlı dəyərləndirmələr edib.
ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı Zelenski “cənab Donald Tramp prezident olarsa, onunla da işləyəcəyik. Bundan qorxmuram”, – deyib.
ABŞ-da Respublikaçılar Partiyasında çoxluğun Ukraynanı və xalqını dəstəklədiyini bildirən Zelenski, “hər iki partiyanın bizə dəstəyi var və ABŞ siyasətinin Respublikaçı qanadı ilə əlaqələrimiz güclüdür”, – deyib.
***
Ukrayna Sülh Sammiti çərçivəsində keçiriləcək danışıqlar barədə məlumat verən Zelenski təhlükəsizlik üzrə məsul müşavirlər səviyyəsində ilk görüşün avqustun əvvəlində Qətərdə keçiriləcəyi ilə bağlı məlumatı paylaşıb: “Bu görüş baş tutacaq. İclasda enerji təhlükəsizliyi ilə bağlı plan hazır olacaq”.
Avqustda Türkiyədə sərbəst naviqasiya məsələsi ilə bağlı iclas keçiriləcəyini bildirən Zelenski bu görüşdə ərzaq təhlükəsizliyi məsələsinin gündəmdə olacağını qeyd edib.
Zelenski bildirib ki, sentyabrda Kanadada əsir mübadiləsi və ukraynalı uşaqların geri qaytarılmasının humanitar aspekti ilə bağlı görüş keçiriləcək və bu görüşdə plan hazırlanacaq.
“Bu 3 bənddən sonra uğurlu olarsa, bütün bəndlərin həyata keçirilməsi planı tam hazır olacaq. Qarşıma məqsəd qoymuşam ki, noyabrda hazırladığımız planımız olacaq". Zelenski, sözügedən planın İkinci Sülh sammiti üçün hazır olacağını və Rusiya nümayəndələrinin də bu sammitdə iştirak etməli olduğunu bildirib.
“Daha çox “F-16” gözləyirik”
Ukraynanın tərəfdaşları ilə 23 ikitərəfli təhlükəsizlik əməkdaşlıq müqaviləsi imzaladığını xatırladan Zelenski, “Bu müqavilələr arasında puldan silaha, humanitar yardımdan yenidənqurmaya, kibertəhlükəsizlikdən hava hücumundan müdafiəyə qədər hər şey daxildir. Bu müqavilələrin təxmini məbləği 38 milyard dollardır. İnanıram ki, bu, güclü nəticədir”, – deyib.
Qərb ölkələrinin Ukraynaya “F-16” təyyarələri verəcək vədinə toxunan Zelenski qeyd edib ki, “tərəfdaşların ilin sonuna qədər təhvil verəcəyinə söz verdikləri “F-16”lar Rusiya hərbi aviasiya qüvvələri ilə eyni səviyyədə döyüşmək üçün yetərli deyil. ABŞ-dan daha çox şey gözləyirik”.
Prezident Zelenski vurğulayıb ki, ukraynalı pilotların “F-16”larda təlim müddəti azaldılmalı, təlim bazası genişləndirilməli və təyyarələrin sayı 4-5 il ərzində deyil, yaxın gələcəkdə artırılmalıdır.
“Bizə 25 hava hücumundan müdafiə sistemi lazımdır”
Ukraynanın nə qədər “Patriot” hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna dair Zelenski, “Bizim hava hücumundan müdafiə sistemi quruluşumuz baxımından 25 sistem lazımdır. Bununla da Ukraynanın hava məkanı tamamilə bağlanacaq”, – deyib.
Hərbi yardımla göndərilən silahların Rusiya ərazisində istifadəsinə icazə alınması ilə bağlı sualı cavablandıran Zelenski deyib ki, “uzaq mənzilli silahlardan istifadə ilə bağlı bəzi müsbət siqnallar almağa başlayıblar”.
Qərb ölkələrinin Ukraynaya verdiyi silahların Rusiya ərazisində istifadəsini "tamamilə ədalətli" adlandıran Zelenski deyib: “Raketin və ya bombanın atıldığı nöqtələr var. Onların haradan atıldığını bilirik və buna cavab verə bilməməyimiz ədalətli deyil. Cavab həmləsi bizim haqqımızdır və tamamilə ədalətlidir”.
Zelenski Ukraynanın tərəfdaşlarının daha əvvəl yerli istehsal silahlarla Rusiyanın vurulmasını bəyənmədiklərini vurğulayaraq, “indi bu məsələ gündəmdə belə deyil”, – deyib.
Zelenski ölkəsinin enerji sisteminin müdafiəsinə toxunaraq, “Enerji sistemimizin qorunması Rusiyanın enerji istehsal obyektlərinə güclü zərbə vurmağımızdan asılıdır. İndi tərəfdaşlarımızla enerji təhlükəsizliyi probleminin həllini müzakirə edə bilərik. Çünki enerji təhlükəsizliyi hər kəs üçün çox vacibdir”, – deyib.
***
Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya səfərini dəyərləndirən Zelenski, “Ukraynaya edilən səfər istənilən halda yaxşıdır. Çünki konkret əlaqələrimiz yox idi. Biz qonşuyuq. Biz onlarla müharibə aparmırıq. Macarlar, biz güclü, mehriban, ən azı praqmatik münasibətlər qurmalıyıq”, – deyib.
Zelenski, Orbanın Ukraynadan sonra Rusiyaya səfərini məqsədəuyğun hesab etmədiyini və aşağıdakı ifadələrdən istifadə etdiyini bildirib: “Əgər o, Ukraynadan Rusiyaya səfərini asanlaşdırmaq üçün istifadə edibsə, məncə, yanlışdır. Yeri gəlmişkən, o, Kiyevdə olarkən onun Rusiyaya səfər edəcəyini bilmirdim. Mən Onun Rusiyaya səfərini dəstəkləmirəm, lakin bu, onun qərarıdır”.
Zelenski Macarıstanla dövlətlərarası əlaqələrin qurulmasının vacib olduğunu vurğulayaraq, “ölkələr arasında əlaqələr qurmağa çalışmalıyıq. Buna cəhd etməliyik”, – deyib.