
Bayrudan işçiləri əsəbiləşdirən təklif
Fransa Baş naziri iqtisadi artım üçün iki rəsmi tətilin ləğvini istəyir
Fransa Baş naziri iqtisadi artım üçün iki rəsmi tətilin ləğvini istəyir
Fransanın ən ucuz kababçısı bağlandı
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Qış gəlmədən elektrik və qaz qiymətləri 20 faiz artdı
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Nazirlik iddia yalanladı
Fransada səhiyyə böhranı dərinləşir
Fransa məhkəməsi Almaniya brendini fantastik məbləğdə cərimələdi
“Paris küçələrində təhlükəsizliyi qoruya bilərsinizmi?”
ABŞ Fransanı Qəzza məsələsinə yaxın buraxmır
Birləşmiş PMI son 10 ayın ən yüksək həddində
İş yerində və məktəblərdə istirahətləri yaradılacaq
Ölümlərin sayının doğumları keçməsi 10 il tez baş verdi
Mədəniyyət Naziri Raşida Datiyə cinayət işi açılıb
Yay Olimpiya Oyunlarının açılış mərasiminə 2 gün qalmış oyunların keçiriləcəyi Paris dəhşətli hadisə ilə sarsılır. Şəhərin məşhur Piqal (Piqaile) rayonunda gənc avstraliyalı qadının bir qrup tərəfindən cinsi təcavüzə məruz qaldığı iddia edilir. İyulun 19-dan 20-nə keçən gecə baş verən hadisədə cırıq paltarını tərs geyinmiş qadın məşhur “Moulin Rouge” (Mulen Ruj) klubundan cəmi bir neçə metr aralıda yerləşən kabab restoranına daxil olaraq müştərilərdən və içəridəki işçilərdən kömək istəyib. Restorandakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılan qadının adı açıqlanmayıb. Fransa mediası 5 nəfərin 25 yaşlı avstraliyalı qadına cinsi təcavüz etdiyini iddia edib.
***
Paris prokurorluğu hadisənin araşdırıldığını açıqlayıb. Avstraliya səfirliyi Parisdə hücuma məruz qalan vətəndaşlarından birinə yardım etdiklərini açıqlayıb. “Biz başa düşürük ki, bu, çox travmatik hadisədir və biz kömək göstərməyə hazırıq”, - səfirliyin bəyanatında deyilir. Qurbanın şəxsi həyatını qorumaq üçün başqa heç bir məlumat verilməyib.
***
Paris 2024 Təşkilat Komitəsinin prezidenti Toni Estange (Tony Estanguet) Olimpiya Oyunları başlayanda Parisin dünyanın ən təhlükəsiz yeri olacağına söz verib. Bununla belə, Parisdə təhlükəsizlik problemləri ön plana çıxıb. 1 ay ərzində 10 mindən çox idmançı və 15 milyondan çox turist qəbul edəcək şəhərdə baş verən bu hadisə komandaları və idmançıları təşvişə salıb.
Avstraliya komandası hadisə ilə bağlı idmançılarını məlumatlandırdıqlarını açıqlayıb. Avstraliya Olimpiya Komandasının ictimaiyyətlə əlaqələr və kommunikasiyalar şöbəsinin rəhbəri Stras Qordon, Avstraliya idmançılarının Fransaya endikdən sonra heç bir təhdid almadıqlarını söyləyib, onlara ictimai yerlərdə Avstraliya forması geyinməməyi tövsiyə edib. Avstraliya komandasının baş həkimi Anna Mires idmançılara təkbaşına deyil, qrup halında səyahət etmələri və mülki geyimdə olmaları barədə xəbərdarlıq edib.
***
İdmançıların təhlükəsizliyi ilə yanaşı, Paris Olimpiadası da terror təhlükəsi ilə üz-üzədir. Fransa kəşfiyyatı bu yaxınlarda oyunlara hücum etməyə hazırlaşan İŞİD terror təşkilatının Əfqanıstan qolu üzvlərini saxladıqlarını açıqlamışdı. Digər tərəfdən, Fransa təhlükəsizlik rəsmiləri 26 iyul – cümə günü Sena çayında açıq hava mərasimi ilə başlayacaq Olimpiya Oyunları öncəsi xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə qaldırıb. Avqustun 11-dək davam edəcək Olimpiada üçün şəhərdə hər gün 35 min polis əməkdaşı olacaq. Açılış mərasimində təhlükəsizliyi 45 min polis təmin edəcək. Paris bölgəsində təhlükəsizliyi polisdən əlavə 10 min əsgər də təmin edəcək.