
Makrondan “mən də varam” addımı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransada 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış böyük ölçüdə kəsildiyi bildirilib. Fransanın milli dəmir yolu şirkəti SNCF hadisə barədə “X” sosial platformasındakı hesabından növbəti açıqlama verib.
SNCF-nin açıqlamasında qonşu Belçikaya və La-Manş boğazı ilə Londona gedən qatarlarda fasilələr yarandığı qeyd edilib.
Açıqlamada, “yüksək sürətli qatar şəbəkəsini pozmağa yönəlmiş hücum həyata keçirilib”
SNCF-nin açıqlamasında qatarların fəaliyyətini dayandırmasına səbəb olan hücumlar və hərəkətlər “yandırma” olaraq qiymətləndirilib.
SNCF sədri Jan-Pier Farandu bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, həftə sonu boyunca qatarların hərəkətində fasilələrə səbəb olan yüksək sürətli qatar şəbəkəsinə “böyük hücum” 800 min sərnişinə təsir edib.
Fransanın nəqliyyat naziri Patris Verqriete SNCF-də baş verən kəsintilər və fasilələrlə bağlı mətbuat konfransında deyib: “Əlimizdə olan bütün dəlillər bunun qəsdən edildiyini açıq şəkildə göstərir. Zamanlama, xüsusilə də cənub-şərq istiqamətindən qaçan insanlarla dolu mikroavtobuslar, hadisə yerində tapılan yandırma qurğusu. Hər şey hadisənin qəsdən törədildiyini göstərir”, – deyib. Nazir “utanc verici cinayət əməlini” pisləyib və Parisdə Olimpiya Oyunlarının açılış mərasimlərinə saatlar qalmış çoxlu ləğvlərlə qatarların hərəkəti üçün “çox ciddi nəticələr” barədə xəbərdarlıq edib.
Verqriete, sosial şəbəkədəki hesabında “Mən bunu qınayıram” yazıb. Daha sonra əməyi keçən SNCF komandalarına təşəkkür edib.
Fransanın baş naziri Qabriel Attal da hadisəylə bağlı açıqlama verib. Attal, “Kəşfiyyat xidmətlərimiz və hüquq-mühafizə qüvvələrimiz bu cinayət əməllərinin səbəbkarlarını tapmaq və cəzalandırmaq üçün səfərbər olunub”, – deyib.
Məsələ ilə bağlı məlumatlı mənbənin AFP-yə verdiyi məlumatda, Fransanın SNCF dəmir yolu şirkətinin yüksək sürətli qatar şəbəkəsi bu gün (cümə) ciddi pozuntulara səbəb olan “təxribat” aktını təsdiqləyib.
Mənbə, SNCF-nin cümə axşamı gecəsi Paris Olimpiadasının açılış mərasimlərindən bir neçə saat əvvəl yüksək sürətli dəmir yolu şəbəkəsini iflic etməyə yönəlmiş genişmiqyaslı hücuma məruz qaldığını söylədikdən sonra təxribatın “aydın şəkildə əlaqələndirildiyini” söyləyib.
“Eurostar” Fransada törədilən vandalizm aktları səbəbiylə London və Paris arasında qatarların hərəkətinin dayandırıldığını və bunun bir çox reyslərin ləğvinə və səfər müddətinin uzadılmasına səbəb olduğunu söyləyib. “Fransada Paris və Lill arasında yüksək sürətli qatar xəttinə təsir edən koordinasiya edilmiş təxribat aktlarına görə, Parisə gedən və gələn bütün sürətli qatarlar bu gün klassik xəttə yönləndirilərək, səyahət müddətini təxminən bir saat yarım uzadacaq”, – şirkətin açıqlamasında deyilir. “Bundan əlavə, bir çox qatar reysləri ləğv edildi”.