
İki ölkə prezidentləri barədə həbs qərarı
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
Venesuelada müxalifətin prezidentliyə namizədi İspaniyadan sığınacaq istəyib
Nikolas Maduro Milad bayramının tarixini dəyişir
Maduro: “Bu adam qanunu və heç nəyi tanımadığını deyir”
ABŞ Venesuela prezidentinin uçağını ələ keçirib
AB Venesuela prezidentinin demokratik legitimliyini tanımır
Jurnalistlər şəxsiyyətlərini gizlətmək üçün çarəni virtual reportyorlar yaratmaqda tapıb
“Xalqın özünüidarəsi ilə daha da təsirli olacaq”
Venesuelada müxalifətdən prezidentliyə namizəd prokurorlara ifadə verməkdən imtina edir
Prokurorluq Venesuela müxalifətinin liderinə qarşı cinayət işi açır
Müxalifətin namizədi venesuelalıları birliyə çağırır
İspaniya XİN də tam şəffaflıqda israr edir
Ali Məhkəmə Maduronun qələbəsini təsdiqlədi, qonşu ölkələr qərarı tanımadı
“Ölkənin hər küncündə, xalqın yanında olacağıq”
Venesuela müxalifətindən Maduroya çağırış
Braziliya prezidenti Luiz İnasio Lula da Silva Venesuelada prezident seçkilərindən sonra davam edən müzakirələrlə bağlı koalisiya hökumətinin yaradılmasını və ya yeni seçkilərin keçirilməsini təklif edib. ABŞ prezidenti Co Bayden də seçkilərin nəticələri ilə bağlı müzakirələrin aparıldığı Venesuelada yeni seçkilərin keçirilməsini dəstəkləyəcəyini açıqlayıb.
Ölkəsində “Radio T”yə danışan Braziliya prezidenti Venesuela rəsmilərindən seçki nəticələrinin protokollarını elan etməyi və bununla da ictimai şübhələri aradan qaldırmağı xahiş edib.
Lula da Silva bəyan edib ki, Venesuelada koalisiya hökuməti qurmaq və ya yeni seçkilər keçirmək təklif etdikləri variantlar arasındadır.
Lula da Silva, Maduro ilə keçmişdə çox yaxşı münasibətlər qurduqlarını bildirsə də, Venesuelada siyasi vəziyyətin pisləşməsi səbəbindən söz mövzusu yaxınlığın eyni səviyyədə olmadığını qeyd edib.
Braziliya lideri həmçinin Venesueladakı siyasi debatların həlli üçün Kolumbiya və Meksika liderləri ilə birlikdə çalışdıqlarını bildirib.
***
Braziliya, Kolumbiya və Meksika avqustun 2-də birgə bəyanat yayaraq, iyulun 28-də prezident seçkiləri keçirən Venesuela xalqı ilə həmrəy olduqlarını bildirib.
Birgə bəyanatda Braziliya, Kolumbiya və Meksikanın səslərin sayılması prosesini yaxından izlədiyi, Venesueladakı seçki orqanlarının sürətli hərəkətə keçməyə və seçki qutusu əsasında ətraflı səsvermə məlumatlarını ictimaiyyətlə paylaşmağa çağırıldığı bildirilib.
***
ABŞ prezidenti Bayden Ağ Evdən çıxarkən Venesueladakı seçkilərin nəticələri ilə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.
Venesuelada yeni seçkilərin keçirilməsinə dəstək olub-olmayacağı ilə bağlı suala Bayden “Bəli, edəcəyəm” deyib. -deyə cavab verdi.
***
İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.
İyulun 29-da seçki başa çatdıqdan sonra bəyanatla çıxış edən müxalifət Milli Seçki Şurasının məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib.