Fransada minimum əməkhaqqı narazılığı
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
15:41 | 24 avqust 2024 | Şənbə
Məqaləyə 480 dəfə baxılıb
Şriftin ölçüsü
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Jandarm və bələdiyyə sədrinin açıqlamasına görə, bu gün səhər (avqustun 24-də) Fransanın cənubundakı “La Grande Motte” sinaqoqunun qarşısında biri qaz balonu olan ən azı iki avtomobil yandırılıb. Hadisə zamanı baş verən partlayış nəticəsində bir polis əməkdaşı yaralanıb.
“France-Presse” agentliyinin məlumatına görə, şəhərin meri Stefan Rossignol verdiyi açıqlamada ən azı iki avtomobilin yandırıldığı hadisə yerində bir bələdiyyə polisinin yaralandığını bildirib. Daxili İşlər Naziri Cerald Darmanin “X” sosial şəbəkəsində cinayət kimi qiymətləndirdiyi hərəkəti pisləyib.
Yəhudi ibadət yerlərinin mühafizəsinin gücləndirilməsinə toxunan nazir yazıb ki, “Yəhudi vətəndaşlarımız və hər kəslə həmrəy olduğumu bildirmək istəyirəm və demək istəyirəm ki, biz prezident Emmanuel Makronun tələbi ilə cinayətkarı tapmaq üçün hər vasitədən istifadə edəcəyik”.
Darmanin daha sonra Fransanın cənubundakı Monpelye şəhəri yaxınlığında yerləşən məşhur dənizkənarı kurort “La Grande Motte”ə gedib.
Rossignol, iki qapısı zədələnmiş “Beth Yaakov” (Yaqub Evi) sinaqoqunun qarşısında təhlükəsizlik kameralarının avtomobilləri yandıran şəxsin görüntülərini çəkdiyini açıqlayıb.